Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6999

Digər sorğular

Boksçumuz: Özümdə çempion ola biləcək gücü hiss edirəm

20:10  |    23 İyun 2015  |   E-mail  |  Çapa göndər

Bu döyüş cəldlik üzərində qurulmuşdu. Fiziki hazırlıq normal idi, amma bu görüşdə məhz cəldlik və hiyləgərliklə qalib gəlmək lazım idi. Rəqibim elə bir idmançı idi ki, ona zərbə endirmək çətin idi.

QAZİLER.AZ saytı Trend-ə istinadən xəbər verir ki, bunu qadın boksçuların yarımyüngül (51-54 kq) çəki dərəcəsində Avropa Oyunlarında yarışların yarımfinalına vəsiqə qazanan təmsilçimiz Anna Əlimərdanova deyib.

A.Əlimərdanova qeyd edib ki, o, hər görüşə son döyüş kimi çıxır: “Hər görüşə ayrıca köklənirsən. Hər döyüşə fərdi yanaşırsan. Bu görüşdən sonra çox sevinirdim. Sevinirdim ki, məhz medal qazanmışam. Artıq ən azından medal var”.

A.Əlimərdanova yarımfinaldakı rəqibi Rusiya boksçusu Yelena Savelyeva ilə gözlənilən görüş barədə də danışıb: “Mən onunla dünya çempionatında döyüşmüşəm və məğlub olmuşam. O görüşü ona hakimlər verdilər. Amma mən burada özümdə çempion ola biləcək gücü hiss edirəm. Qızıl medalı qazanmağa çalışacam”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.08.2020
Rasim Əliyevin vəfatından 5 il ötdü - VİDEO
09.08.2020
İcra başçısı ilə bağlı daha bir qalmaqal
09.08.2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 87-yə düşdü
09.08.2020
Bəzi rayonlara dolu düşəcək - HAVA PROQNOZU
09.08.2020
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib - VİDEO