Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6990

Digər sorğular

İlham Əliyev Emmanuel Makrona məktub yazıb

18:36  |    13 İyul 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu yazıb.

Qaziler.az xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan və Fransa arasında qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etməsi məmnunluq doğurur. Siyasi, iqtisadi, mədəni, təhsil, müdafiə, yüksək texnologiyalar və digər sahələrdə ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edən əlaqələrimizin birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəyinə əminəm. Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasında maraqlıdır.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və digər həmsədr ölkələrin qətiyyəti və ədalətli mövqeyi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına tezliklə son qoyulacağına, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağına ümid bəsləyirik. Biz münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində ədalətli şəkildə həll olunacağına inanırıq.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Fransa xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa Respublikasına daim firavanlıq diləyirəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.08.2020
Tovuz təxribatı ilə bağlı Asiya Parlament Assambleyasına müraciət edildi
02.08.2020
Aviqdor Liberman: “Azərbaycan İsrail üçün Fransadan daha önəmli ölkədir”
01.08.2020
Ermənistan XİN rəhbəri Qarabağa görə Ukraynanı sərt tənqid etdi
31.07.2020
Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
31.07.2020
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub