Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6995

Digər sorğular

Çox sayda gənc döyüşə getmək üçün müraciət edib - RƏSMİ

13:21  |    13 İyul 2020  |   E-mail  |  Çapa göndər

Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətlər ediblər.

Qazilər.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəsmi "Facebook" səhifəsində bildirilib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək geri oturdulub.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub. Qəhrəmancasına həlak olmuş şəhidlərimiz bu gün dəfn olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik.

Bundan əlavə qeyd edək ki, ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər. Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk", - deyə məlumatda qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı
06.08.2020
Azərbaycanlı həkimdən xoş xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq
06.08.2020
"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur"
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
İlham Əliyev: “Azərbaycanda israfçılığa yol verilir”