Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7005

Digər sorğular

MN: "Bu səhər düşmənə sarsıdıcı zərbələr endirilib, ərazi itkisi yoxdur"

13:10  |    13 İyul 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: “Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir".

Vaqif Dərgahlı bildirib ki, bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib. O qeyd edib ki, düşmən itkilərini gzilədir:

"Səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dayaq nöqtələrinə, dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Sadəcə olaraq hər zamankı kimi düşmən itkilərini gizlədir. Təəssüflər olsun ki, Azərbaycan Ordusu da itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara lazımi yardım göstərilir. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!”.

V.Dərfahlı mətbuatı və əhalini qeyri-rəsmi məlumatlardan çəkinməyə, əsasən nazirliyin yaydığı rəsmi xəbərləri inanmağa çalışıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı RƏSMİ AÇIQLAMA
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu- 2 nəfər ölüb
12.08.2020
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
12.08.2020
Prezident İlham Əliyev yeni "London taksi"ləri ilə tanış olub - FOTO
12.08.2020
Azərbaycanda 9 hakim işdən çıxarıldı