Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6990

Digər sorğular

Gəncədə yağan güclü yağışın fəsadları aradan qaldırılır

15:26  |    12 İyul 2020  |   E-mail  |  Çapa göndər


Gəncədə yağan güclü yağışın fəsadları aradan qaldırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 11-də səhər saatlarından yağan güclü yağış Gəncədə bir sıra fəsadlar törədib.

Gəncənin Məhsəti qəsəbəsi və Gülüstan yaşayış massivində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb. Yaranmış problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində sözügedən ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar.

Gecə saatlarında yenidən yağmağa başlayan güclü yağış işin gedişatına maneə törədib. Bununla belə, aidiyyəti qurumlar fəaliyyətlərini davam etdiriblər. İyulun 11-dən 12-sinə keçən gecə şəhər rəhbərliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “Azərsu” ASC-nin və FHN-nin nümayəndələri yağışdan ziyan çəkmiş ərazilərdə olublar. Mövcud vəziyyət və işlərin gedişatı ilə maraqlanan şəhər rəhbəri fəsadların aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsilə çəkilir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da işlərə cəlb olunublar. Güclü yağışın yol açdığı fəsadlar tam aradan qaldırılanadək aidiyyəti qurumlar öz fəaliyyətlərini fasiləsiz davam etdirəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
BNA qəzaya uğramış avtobuslar barədə məlumat yayıb
01.08.2020
Şaiq Vəlinin ailəsində faciə: 3-cü oğlu da faciəvi şəkildə həlak oldu
01.08.2020
Siyəzəndə yanğında iki nəfərin ölümü ilə bağlı cinayət işi başlandı
31.07.2020
Siyəzəndəki yanğında ölənlər var: biri vəzifəli şəxsin qardaşıdır
31.07.2020
Siyəzəndə dağlıq ərazidə yanğın: əraziyə helikopter cəlb edilib - VİDEO