Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7005

Digər sorğular

Nazirlik: Avropa Oyunlarında telekommunikasiya xidmətləri yüksək səviyyədədir

18:55  |    23 İyun 2015  |   E-mail  |  Çapa göndər

İlk Avropa Oyunları ilə əlaqədar təşkil olunan bütün yarışlarda telekommunikasiya xidmətləri ilə təminat yüksək səviyyədədir.

QAZİLER.AZ saytı Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, bu barədə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. O, hazırda Oyunların davam etdiyini vurğulayaraq sona qədər eyni səviyyədə telekommunikasiya xidmətlərinin göstəriləcəyini söyləyib.

Oyunlar zamanı beynəlxalq yayımda, informasiyaların ötürülməsində və qəbul edilməsində hər hansı bir fasilə, donma, dayanma, yubanma hallarının yaşanmadığını önə çəkən X.Kişiyev Oyunların son gününə qədər sadalanan halların yaşanmayacağına əminliyini ifadə edib: “Həm Atletlər kəndində, həm də Oyunların keçirildiyi idman mərkəzlərində yaradılan telekommunikasiya infrastrukturu hər bir qonaq tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizə təşrif buyuranlar çox asanlıqla telekommunikasiya xidmətləri vasitəsi ilə istədikləri əməliyyatları həyata keçirə biliblər. Üstəlik, yaradılan infrastruktur onlara daha tez və əlverişli şəkildə informasiya almaq, ötürmək imkanı verib. Bu nüansı xüsusi qiymətləndirən qonaqlar ölkədə İKT istiqamətində görülən işlərdən tam şəkildə razı qalıblar. Bu günə qədər qonaqlarla qurulan ünsiyyətdən bir daha aydın oldu ki, telekommunikasiya infrastrukturu tələbi tam şəkildə qarşılaya bilib".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Prezident İlham Əliyev yeni "London taksi"ləri ilə tanış olub - FOTO
12.08.2020
Azərbaycanda 9 hakim işdən çıxarıldı
12.08.2020
Mədəniyyət nazirinə yeni müşavir təyin edildi
12.08.2020
Mülayim şimal-şərq küləyi əsəcək - HAVA PROQNOZU
12.08.2020
Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi