Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı

11:29  |    12 İyul 2020  |   E-mail  |  Çapa göndər


Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.

"Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə qurtardı", - Tarasov deyib.

Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq.

Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev öz növbəsində bildirib ki, vaksinin təhlükəsizliyə cavab verməsi alimlər tərəfindən tamamilə təsdiq edilib, yoxlananılanların sağlamlığında problemlər müşahidə olunmur.

"Vaksinin təhlükəsizliyi təsdiq olunub. Bu vaksinlər indi bazarda olanların təhlükəsizliyinə uyğundur", - Lukaşev deyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Rusiyada dərslər sentyabrın 1-də başlayacaq
11.08.2020
Rusiyalı nazir koronavirus peyvəndi haqda bunları açıqladı
11.08.2020
Koronavirusa qarşı ilk peyvənd Rusidaya qeydiyyatdan keçdi
11.08.2020
Lukaşenkonun seçkilərdəki rəqibi Svetlana Tixanovskya Litvaya getdi
11.08.2020
Tramp çıxış edərkən qulağına pıçıldayıb brifinqdən apardılar - VİDEO