Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7005

Digər sorğular

Türkiyə virusu karantinsiz necə üstələyir? - AÇIQLAMA

15:00  |    11 İyul 2020  |   E-mail  |  Çapa göndər

“Türkiyə koronavirusun cənginə başqa ölkələrlə müqayisədə çox gec düşdü. Amma birdən-birə yoluxma və ölüm sürətlə artdı, vəziyyət gərginləşdi. Bununla belə indi epidemiya ilə bağlı statistika müsbətə doğru dəyişməkdədir. Sadəcə, hər şey dövlətin yürütdüyü siyasətdən asılıdır. Xüsusən də tibbi sığorta bu məsələdə mühüm rol oynadı”.

Qazilər.az bildirir ki, bu sözləri Hit.Az-a İstanbulda yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova Türkiyənin pandemiya ilə mübarizədə əldə etdiyi nəticələrdən danışarkən bildirib.

Onun sözlərinə görə, Türkiyədə dərman və müalicə pulsuzdur, koronavirusa aid perparatların apteklərdə satılmasına rast gəlmək mümkün deyil: “Yalnız xəstəxanalarda həkimlər və tibb işçiləri xəstələri həmin dərmanlarla təmin edirlər, evlərə göndərirlər. Ona görə Türkiyədə virusla mübarizə pozitiv nəticə verməkdədir”.

Ekspert maarifləndirmə kampaniyasının da güclü təşkil olunduğu qeyd etdi: “Ölkənin səhiyyə naziri hər gün özü canlı yayıma çıxır, epidemioloji vəziyyət haqda real rəqəmləri açıqlayır, yoluxan, sağalan və ölənlərin sayı barədə xalq nazirin dilindən eşidir. Bu mənada Türkiyə Azərbaycandan fərqlənir.

Həmçinin, maarifləndirici reklam çarxları, sosial kampaniyalar yüksək səviyyədə hazırlandı, tibbi maska taxmaq, dezinfeksiya etmək, sosial təcridi gözləmək barədə qurulan təbliğat siyasəti effektiv oldu.

Bu baxımdan insanları evə qapatmaqla iş düzəlmir. Türkiyədə hamı sərbəstdir, baxmayaraq ki, yoluxma da var. Amma sosial izolyasiyanı gözləməklə Türkiyə virusla mübarizəni xalqın xeyrinə dəyişməyi bacarıb”.

Qeyd edək ki, Türkiyədə artıq sağalanlar yoluxanları sayca üstələyir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Rusiyalı nazirdən COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət
12.08.2020
Tramp brifinqi yarımçıq tərk etməsinin səbəbini açıqladı - VİDEO
12.08.2020
İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirib
12.08.2020
Dünyada koronavirusla bağlı son statistika
11.08.2020
Livanda yaşayan onlarla erməni Ermənistana gətirilir