Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub

14:27  |    11 İyul 2020  |   E-mail  |  Çapa göndər

“Ötən gün bir xanım altı aylıq körpəsi ilə bizə müraciət edib. Həyat yoldaşından zorakılıq gördüyünü deyib. Əri isə televiziyalardan birinin əməkdaşıdır”.

Qazilər.az bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

K.Ağazadə deyir ki, xanım həyat yoldaşı ilə rəsmi nikahda olduğunu desə də, aralarında problemlərin mövcudluğundan danışıb:

“Həyat yoldaşı ilə aralarında problem var. Neçə gündür mənə yazırdı. Deyirdi ki, həyat yoldaşı ona “səni istəmirəm”, “evdən çıx get” deyir. Xanımın sözlərinə görə, problemlərdən biri də həyat yoldaşının ona bir neçə dəfə xəyanət etməsidir. Qadın həyat yoldaşı tərəfindən təhdid edildiyini də deyir. Daha sonra isə məcbur olub, evdən çıxaraq bizə müraciət edib.

Yoldaşı qadına hədə-qorxu gələrək, bu məsələlərin kütləvi informasiya vasitələrinə çıxmamasını istəyib. Əgər bu barədə mediada hər hansı məlumat görərsə, özünü “ölmüş bilməsini” deyib. Hətta uşağı qadının əlindən bir yolla alacağını da bildirib. Bu, qadının hüquqlarının pozulmasıdır. Bütün bu iddialar barədə araşdırmalar aparılır. Biz hələ ki, onların adlarını elan etmirik. Ümumiyyətlə, bizim heç kimi rüsvay etmək fikrimiz yoxdur. Proseslər qanuna müvafiq şəkildə, məhkəmə yolu ilə davam etdiriləcək. Qadının və uşağın hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görüləcək. İlkin olaraq aliment məsələsinə, daha sonra isə digər məsələlərə baxılacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.08.2020
Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək - RƏSMİ
04.08.2020
“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər”
03.08.2020
Karantinə görə bu şəxslərə 250 manat pul veriləcək - Rəsmi
03.08.2020
Çimərliklərə getmək üçün xüsusi icazə lazımdır? - Açıqlama
01.08.2020
Adil Qeybulla: “Özünə xüsusi həkim tapan, ev şəraitində sağalanlar çoxdur"