Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6995

Digər sorğular

Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq

13:15  |    11 İyul 2020  |   E-mail  |  Çapa göndər

Qanuna edilən dəyişikliyə görə, dayanma və ya durma qaydalarını pozmağa görə nəzarəti həm də Dövlət Yol Polisi həyata keçiricək.

Trend-in məlumatına görə, dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində öz əksini tapıb. Dəyişikliyə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzarət edəcək.

Bu qurumlardan qayda pozuntusunu ilkin aşkar edən qayda pozan sürücünü məsuliyyətə cəlb edə biləcək.

Qanuna uyğun olaraq evakuasiya xidmətini də hər iki qurum göstərəcək. Belə ki, əgər sürücü dayanma-durma qaydalarının pozubsa, tıxac yaranmasına və digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə əngəl yaradırsa, onu cərimə edən qurum tərəfindən də evakuasiya olunacaq.

Qeyd edək ki, dəyişiklik yalnız 346.1 və 346.2-ci maddələrə aiddir. Digər hallarda dayanma-durmaya görə məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də Bakı Nəqliyyat Agentliyinə aiddir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı
06.08.2020
Azərbaycanlı həkimdən xoş xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq
06.08.2020
"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur"
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
İlham Əliyev: “Azərbaycanda israfçılığa yol verilir”