Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6990

Digər sorğular

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər - AÇIQLAMA

13:54  |    10 İyul 2020  |   E-mail  |  Çapa göndər

Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb.

5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da, gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır.

Yoluxmanın sayı azalmasa, bazar günündən iyulun 20-nə kimi 1 həftəlik komendant saatı tədbiq edilə bilərmi?

Qazilər.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, sərt karantin rejimi tədbiq edilən zaman yoluxma sayının 500-dən aşağı düşməsini gözləyirdik:

"Çox təəssüf ki, yenə də yoluxanların sayı 500-dən çoxdur. Xatırladım ki, sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma 600-ə yaxınlaşmışdı. Son bir neçə gündə yoluxanların sayında az da olsa azalma müşahidə olunur. Beynəlxalq təcrübə onu göstərir ki, sərt karantin rejiminin tətbiqi dərhal nəticə vermir. Bir müddət sonra sərt karantin rejimi özünün müsbət nəticəsini göstərir.

Mən düşünürəm ki, sərt karantin rejimi tədbiq edilməsəydi, daha ciddi fəsadlarla üzləşə bilərdik. Yoluxma sayı azalmasa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gedişata müvafiq qərar qəbul edə bilər. Təbii ki, Operativ Qərargah qərar verərkən gündəlik yoluxanların, sağalanların, ölənlərin artma-azalma dinamikası və virusun yayılma coğrafiyası dərindən analiz edilir. Vəziyyəti nəzərə alaraq son bir həftədə karantin rejimi daha da sərtləşdirilə bilər. Fövqəlada vəziyyətin elan edilməsi də istisna deyil.

Ümid edək ki, gündəlik yoluxanların sayı azalsın və karantin rejiminin daha da sərtləşməsinə ehtiyac qalmasın. Təbii ki, bu son günlər insanlarımızın bu məsələyə necə yanaşmasından və qoyulan qaydalara nə dərəcədə riayət edəcəklərindən asılıdır. Əlbəttə ki, sərt karantin rejiminin uzadılmasını heç birimiz istəmirik. Hər birimiz Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə əməl etməliyik ki, normal həyatımıza tez qayıda bilək".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
Sabahın hava proqnozu açıqlanıb
03.08.2020
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
03.08.2020
Millət vəkilləri şəhid baş leytenantın evini ziyarət etdilər
03.08.2020
Fazil Məmmədovun kürəkəni İngiltərədə MİLYONLUQ BİNA ALDI - FOTO
02.08.2020
Şəhid Elçin Mustafazadənin beş saniyəyə sığdırdığı son sözləri - VİDEO