Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

Samir Şərifova yeni səlahiyyət verildi

09:53  |    10 İyul 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanın Maliyyə naziri Samir Şərifova yeni səlahiyyət verilib.

“Report”un xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, Çərçivə Zəmanət Sazişini Azərbaycan hökuməti adından imzalamaq səlahiyyəti Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.

Qeyd edək ki, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.

Eyni zamanda, “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” da təsdiqlənib.

Birinci qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib. Müəyyən edilib ki, dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.

Xatrıladaq ki, birinci qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.08.2020
Sosial təminat və müdafiə ilə bağlı xərclərə dəyişiklik təsdiq edildi
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik qəbul edildi
05.08.2020
Prezident sərəncam imzaladı
04.08.2020
Bu mağazaların fəaliyyətinə yaxın günlərdə qərar veriləcək - Rəsmi
03.08.2020
Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir - VİDEO