Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7004

Digər sorğular

“Ermənistan aprel döyüşlərindən sonra ancaq psixoloji müharibə ilə məşğuldur”

23:10  |    09 İyul 2020  |   E-mail  |  Çapa göndər


Tofiq Abbasov: “Məqsədləri Azərbaycanda xof yaratmaqdır”

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş baş qərargah rəisi mümkün Qarabağ savaşının Azərbaycan üçün daha böyük risk və itki vəd etdiyi ilə bağlı açıqlama verib.

Açıqlamasında Ermənistanın fabrik və zavodlardan, qaz kəmərləri və dəmir yollarından məhrum olduğunu bildirən düşmən generalı, bombalanmalı heç nəyə malik olmadıqlarını, bu cür stratei obyektlərin yalnız Azərbaycanda olduğunu bildirib.

Moderator.az-a açıqlamasında düşmən generalının məlum bəyanatını şərh edən politoloq Tofiq Abbasov, bunu Ermənistanın qeyri-effektiv psixoloji savaşının tərkib hissəsi kimi xarakterizə edib:

“Ermənistan aprel döyüşlərindən sonra ancaq psixoloji müharibə ilə məşğuldur. Ermənistan ona görə bu cür bəyanatlar səsləndirir ki, Azərbaycanda xof yaratmağa çalışır. Düşmən psixoloji elementlərdən istiafdə edərək Azərbaycanı lərzəyə gətirməyə cəhd edir. Lakin bu cür bəyanatlarla Ermənistan faktiki öz cılızlığını nümayiş etdirir.

Ermənistanın bu kimi bəyanatlarla nəyəsə nail olması mümkün deyil. Çünki Azərbaycanın həm iqtisadi, həm də hərbi gücü hər kəsə məlumdur. Beynəlxalq reytinq cədvəllərində də bununla bağlı konkret statistikalar mövcuddur. Odur ki, yaxşı olar ki, Ermənistan lüzumsuz bəyanatlar səsləndirməkdənsə, öz acınacaqlı aqibəti haqqında düşüşünsün”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Qarabağ qazisi Niyaz Ələsgərov vəfat edib
09.08.2020
“Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur” - Deputat
07.08.2020
“Dağlıq Qarabağın azad olunması an məsələsidir” - Polkovnik
07.08.2020
Rey Kərimoğlu: "Vətən sevginizi xırda hisslərə qurban verməyin" - VİDEO
07.08.2020
Şəhid generalla polkovnikin məzar daşı hazırdır - FOTO