Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Alman deputatlarla SOCAR rəhbərliyi Cənub Qaz Dəhlizinin gələcək perspektivlərini müzakirə edib

17:17  |    23 İyun 2015  |   E-mail  |  Çapa göndər

Türinqen federal torpağının parlament qrupu üzvləri ilə SOCAR rəhbərliyi ilə arasında görüş keçirilib. SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizinin gələcək perspektivləri müzakirə edilib.

İyunun 22-də SOCAR-ın Baş ofisində Almaniya Bundestaqının üzvü Mark Hauptmanın rəhbərlik etdiyi Türinqen federal torpağının parlament qrupu üzvləri ilə görüş keçirilib.

Şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qonaqları səmimi salamlayaraq, Almaniya və Azərbaycan arasında zəngin tarixə malik münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etməsini məmnunluqla vurğulayıb. Səmimi qəbul üçün qonaqlar adından minnətdarlığını bildirən Mark Hauptman nümayəndə heyəti üzvlərini təqdim edib. O, SOCAR-ın liderliyi ilə həyata keçirilən TANAP və TAP layihələrinə Almaniyada böyük maraq olduğunu söyləmiş və bu layihələr, habelə Azərbaycanda həyata keçirilən digər əhəmiyyətli neft-qaz layihələri haqqında geniş məlumat almaq istədiklərini qeyd edib.

Vitse-prezident E.Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu haqqında qonaqlara məlumat verib, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq, ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyəti haqqında danışıb.

Sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının həyata keçirilməsindən söz açan E.Nəsirov bildirib ki, qısa müddətdə ölkəmizdə etibarlı və şaxələndirilmiş ixrac neft-qaz kəmərləri sistemi yaradılıb. Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında danışan SOCAR-ın vitse-prezidenti E.Nəsirov və onun müavini Vitali Bəylərbəyov son illər həmin layihələr çərçivəsində əldə olunmuş nailliyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb, almaniyalı deputatları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Qonaqlara Cənub Qaz Dəhlizi və onun tərkib hissələri, “Şahdəniz” yatağının ehtiyatları və işlənilmə mərhələləri, TANAP və TAP kəmərlərinin iştirakçı və istehlakçıları, layihənin Avropanın enerji təhlükəsizliyində rolu və s. haqqında geniş informasiya verilib.

Almaniyanın Türinqen federal torpağının parlament qrupu üzvləri ətraflı məlumata görə minnətdarlıqlarını bildirib, Azərbaycan, onun yüksəlişdə olan iqtisadiyyatı barədə məlumatlardan öz fəaliyyətlərində yararlanacaqlarını söyləyiblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.10.2019
“26”lar kafesinin sahibinin oğlu niyə bıçaqlanıb?
20.10.2019
Sabahın hava proqnozu açıqlanıb
19.10.2019
Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına müraciət edib
19.10.2019
BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb, onlardan 42-si xəbərdarlıq edilərək buraxılıb
19.10.2019
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub - YENİLƏNİB