Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7004

Digər sorğular

Koronavirusa yoluxan Cavid Paşayev Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirildi

13:48  |    09 İyul 2020  |   E-mail  |  Çapa göndər

Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev müalicəninn daha effektli və sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının olduğu Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib.

Qazilər.az xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, C.Paşayevin səhhəti universitet rəhbərliyinin nəzarəti altındadır:

"Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib. C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib. Və indi Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb. C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib. C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altlındadır".

Xatırladaq ki, ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi virusa yoluxub. Onlardan biri də Klinikanın reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR
11.08.2020
Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
11.08.2020
Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: “Hamısı qaraniyyətli adamlardır”
11.08.2020
Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib
11.08.2020
Azərbaycanda 84 nəfər koronavirusa yoluxub