Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı

10:10  |    09 İyul 2020  |   E-mail  |  Çapa göndər

Koronavirusla bağlı ikiqat analiz bu xəstəlikdən ölüm faizini azaldacaq.

Qazilər.az "Report"a istinadla xəbər verir ki, belə bir nəticə Çinin Hubey vilayətinin Elm və Sənət Universitetinin alimlərinin tədqiqatında açıqlanıb.

Qeyd edilir ki, pasiyentlərdə koronavirus infeksiyasının ağır keçməsi mümkünlüyünü PSR (xəstəliyin yaranması geninin mövcudluğunu göstərən polimeraz zəncir reaksiyası) və xəstəliyin başlanğıcında İFA (immunoferment analiz) testlərinin birgə istifadəsinin köməyi ilə proqnozlaşdırmaq olar.

Alimlər ağır xəstəliyi olan pasiyentlərdə orqanizmə koronavirusla mübarizə aparmağa imkan verən “IgM” kimi anticismlərin (orqanizmə yad zülallar, bakteriyalar - red) yaranmasını müəyyənləşdiriblər.

Tədqiqatın nəticəsinə əsasən alınmış məlumatlara əsasən, bu tip anticismlər koronavirus üçün spesifikdir, amma yalnız COVID-19 pasiyentlərinin 82,2%-də mövcuddur. Bu, daha əvvəl PSR standart testi ilə təsdiq edilib. Bu halda digər 17,8% pasiyentin yarısında xəstəliyin ağır keçməsi müşahidə olunub. Onlar intensiv terapiya bölməsinə daxil olublar və orada üç gündən çox qalıblar.

Beləliklə, koronavirusla bağlı müsbət PSR analizindən sonra anticismlərin yoxlanılması xəstəliyin mümkün ağırlaşmasını proqnozlaşdırmağa və xəstələri xilas etmək üçün əvvəlcədən tədbirlər görməyə imkan verəcək.

Qeyd edək ki, yeni araşdırmanın nəticələri artıq Rusiya alimləri tərəfindən də qiymətləndirilib.

"Təklif edilmiş metodika böyük maraq doğurur, ancaq o, pasiyentlərin kiçik hissəsində aparılıb, mənim fikrimcə, buna görə də infeksiyanın diaqnostikası vaxtı İFA (immunoferment analiz) imkanlarının daha genişmiqyaslı tədqiqatını aparmaq lazımdır", - deyə Rusiyanın Tümen Dövlət Universitetinin “X-Bio” İnstitutunun böyük elmi işçisi Mariya Orlova bildirib.

Ekspertin sözlərinə görə, ikiqat yoxlamanın tətbiqi risk qrupuna daxil olan yaşlı pasiyentlər üçün xüsusilə aktual olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.08.2020
İnsanlar dişlərini ilk dəfə nə vaxt fırçalamağa başlayıb?
10.08.2020
COVID-19-un yeni gözlənilməz simptomu aşkarlandı
09.08.2020
Koronavirus xəstələri üçün hansı bədən temperaturu risklidir?
09.08.2020
Bəzi gözdən əlil insanlar görə bilir
07.08.2020
Azərbaycanda qripdən ölənlərin sayı açıqlandı