Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

Bu ölkədə koronavirusa yoluxanları itlər tapır

09:43  |    09 İyul 2020  |   E-mail  |  Çapa göndər

Birləşmiş Ərəb Əmirliyinin Daxili İşlər Nazirliyi koronavirusa yoluxmuş insanları müəyyən etmək üçün təlim görmüş itlərdən istifadə etməyə başlayıb.

Qazilər.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirlik "Twitter"də açıqlamasında bildirib.

Qeyd edilib ki, polis əməkdaşlarının bu məqsədlə itlərə keçdikləri təlimlər müvəffəqiyyətlə başa çatıb.

İki həftəlik təlim keçirilən itlər kütləvi toplaşan insanları qoxulamaqla koronavirusa yoluxmuş xəstəni aşkar edə bilir. Xidməti heyvanların virusa yoluxmanı aşkar etmə dəqiqliyi 92%-ə bərabərdir.

Bundan əlavə, BƏƏ Daxili İşlər Nazirliyi vərəm və malyariya kimi digər təhlükəli xəstəlikləri olan xəstələri müəyyən etmək üçün də itlərdən istifadə etmək qərarına gəlib.

Məlumat üçün bildirək ki, pandemiyanın başlanmasından bu yana ölkədə 53 mindən çox yoluxma, 327 ölüm hadisəsi qeydə alınıb. 42 282 nəfər isə artıq sağalıb.

APA
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.08.2020
Ermənistanda polis rəisinin müavinləri istefa verdi
05.08.2020
Beyrutda İran raketləri partlayıb? - Növbəti iddia
05.08.2020
Beyrutdakı partlayışın yeni videosu yayıldı
05.08.2020
Beyrutdakı partlayışda ölən və yaralanan ermənilərin sayı açıqlandı
05.08.2020
Beyrutdakı dəhşətli partlayışın təfərrüatları: ölü sayı artır...