Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6994

Digər sorğular

Tramp pandemiya fonunda məktəblərin açılmasına çağırır

20:29  |    08 İyul 2020  |   E-mail  |  Çapa göndər


COVID-19-a yoluxma hallarının xüsusilə də gənclər arasında sürətlə artdığı bir vaxt Ağ Ev ölkə boyu məktəblərin yenidən açılması üçün təzyiq göstərir.

"Biz qubernatorlara və digər rəsmilərə məktəbləri açmaları üçün təzyiq göstərməyə çalışacağıq. Bu çox vacibdir", prezident Donald Tramp çərşənbə axşamı Ağ Evdə keçirilən tədbirdə deyib.

Bir gün əvvəl isə Tramp Twitter səhifəsində bunları yazıb: "MƏKTƏBLƏR PAYIZDA AÇILMALIDIR!!!"

"Uşaqların zehni sağlamlığı və sosial inkişafı fiziki sağlamlıq qədər vacibdir" -məktəb yaşlı uşağı olan birinci xanım Melaniya Tramp Amerikada məktəblərin təhlükəsiz şəkildə açılması mövzusunda keçirilən dəyirmi masa müzakilərləri zamanı çıxış edərkən deyib.

Qrip virusunun ötürücüləri olan uşaqların bu yeni koronavirusu yaşlı müəllimlərə və ya işçilərə, evlərindəki ailə üzvlərinə və yaşlı qohumlarına yoluxdurub-yoluxdurmayacağı haqda çox şey məlum deyil.

"COVİD virusu haqqında bunu hələ bilmirik. Həqiqətən uşaqlara yoluxurmu və onlar onu ötürə bilirlərmi və ya bu virusun uşaqlara yoluxması çox çətindirmi? Bu araşdırmalar hələ davam edir" - deyə, Vanderbilt Universiteti Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə professoru, doktor Villiam Şaffner Amerikanın Səsinə bildirib.

Amerikanın səsi
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.08.2020
Təcili yardım işçilərinin şəraitindən şikayətlənən həkimə şiddətli töhmət verildi - VİDEO
05.08.2020
Prezidentin qarşısını aldığı qanunsuzluğu nazir edib?
05.08.2020
Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib
05.08.2020
Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verdi
05.08.2020
Livandakı partlayışda yaralananlar arasında azərbaycanlı var? - Rəsmi