Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

Məktəblərdə dərslər sentyabrdan başlayacaq? - AÇIQLAMA

11:18  |    07 İyul 2020  |   E-mail  |  Çapa göndər

Ötən həftə Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirdi ki, Türkiyədə 2020/2021 tədris ili avqustun 31-dən başlayacaq.

Hazırda ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Epidemioloji vəziyyət heç də ürək açan deyil. Bu da yeni tədris ilinin sentyabrda başlanması məsələsini sual altında qoyur.

Metbuat.az-a müsahibəsində təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırki yoluxma səviyyəsini nəzərə alaraq deyə bilərik ki, sentyabrda dərslərin başlanması ehtimal olunmur.

"İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Microsoft şirkətin vitse-prezidenti Filip Roq ilə video konfrans ilə müzakirələrdə Azərbaycanda distant formada təhsilin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparmışdı. Prezident İlham Əliyev çıxışında vurğulamışdı ki, pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilinmədiyi üçün məktəb və universitetləri nə vaxt açacağımız tarix də bəlli deyil. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, sentyabrda məktəblərin başlanmasını gözləmirəm."

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, mövcud vəziyyətlə bağlı qərarlar hər an dəyişdirilə bilər.

“Bunların ikisi bir-birinin əksi olsa da, mövcud vəziyyətə uyğun verilib. Məqsədimiz insan təmasını minimuma endirmək, eləcə də mövcud vəziyyətdən təhsilə, iqtisadiyyata minimum zərərlə çıxmaqdır. Amma sentyabra 3 ay qalıb. Önümüzdəki günlərdə yoluxanların sayı necə olacaq, vəziyyətdən necə çıxacağıq, hələ ki bunu bilmirik. Ola bilər bu müddət uzadılsın, ola da bilər vəziyyət tam kontrola alındıqdan sonra ümumiyyətlə, karantin ləğv olunsun. Ona görə də indidən təhsil müəssisələriylə bağlı konkret fikir yoxdur. Sadəcə gözləməliyik. Əgər bunu istəyiriksə, hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
13-14 avqust tarixlərində 35 şəhər və rayonda qəbul imtahanları keçiriləcək
10.08.2020
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı
08.08.2020
Təhsil naziri rektorlarla videogörüşdü - FOTO
08.08.2020
Prezidentdən təhsillə bağlı 7 milyon manatlıq SƏRƏNCAM
08.08.2020
Məktəblərin açılması nə zamana planlaşdırılır? - RƏSMİ AÇIQLAMA