Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7004

Digər sorğular

Cəbhə müxbirləri – niyə onlar da evlə təmin edilmir?

08:30  |    07 İyul 2020  |   E-mail  |  Çapa göndər

Bildiyiniz kimi, Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. 22 iyul mətbuat günü ərəfəsində jurnalistlərə veriləcək 256 mənzilli binanın da açılışı gözlənilir.

2013-cü ildən başlayaraq Prezidentin tapşırığı ilə iki çoxmənzilli bina inşa edilərək jurnalistlərə verilib. Növbəti – üçüncü bina da istismara hazırdır. Bu mənzillərin verilməsi meyarlar sırasında jurnalistlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq missiyası da var.

İki binanın jurnalistlərə paylanması prosesində neqativ hallar müşahidə olunsa da, xeyli mənzilsiz qələm əhli ev-eşik sahibi oldu. Hər iki binadan mənzillərin paylanmasında Qarabağ müharibəsində iştirakı nəzərə alınaraq bir-neçə jurnalistə Prezident tərəfindən mənzil hədiyyə edildi. Və ümid edirik ki, bu binadan da müharibə insanlarına mənzillər veriləcək.

Amma əvvəlki iki binanın mənzilləri paylanarkən bir vacib məsələ diqqətdən qaçdı - cəbhə bölgəsində çalışan həmkarlarımızı nəzərə alınmadı. Səbəbin bilmədim, amma cəbhə müxbirlərimizin mənzillə təmin edilməsi çox yaxşı olardı. Çünki məhz onlar odun-alovun içindən bizə xəbər çatdıranlardır. Ömürlərinin bir hissəsi elə səngərdə keçib. Səngərdə xəsarət-travma alanları da, əzizlərinin yasını yarımçıq qoyub “Vacib xəbər var, gəl!” çağırışına səngərə qaçan müxbirlərimiz də var.

Onlar bunlardır:

Şöhrət Eyvazovu (İctiami Tv və “Hərbi And” qəzeti), Habil Aslanoğlunu (Lider və APA Tv) , Şamxal Adıgözəlovu (Xəzər TV), Pərviz İmranoğunu (Az TV), Daşqın Abdullayevi (Arb), Tahir Ağamməmədovu (AzərTAC), Emin Babayevi (Space), Elgün Gəncimsoyu , bölgədə fəaliyyətini dayandırmış Allahverdi Əsədovu, Şahin Rzayev, Ramil İbrahimov, Hafiz Abbasovu, Sənan Həsənoğlunu, Teymur Zahidoğlunu, eləcə də operatorları - Vüsal Quliyevi (İTV), Elgün Qənbərovu (AzTv) , Vicay Vəliyevi (ATV), Loğman İsmayılov(Xəzər TV), Şamo Adığözəlovu (Space Tv), Ziya İsmayıloğlunu (Lider TV) – eləcə də hal-hazırda çalışmayan Fərid Əsədov, İlqar Fərmanlını, Zaur Naibovu , Eldəniz Vəliyevi və Fəxri Məmmədovu deyirəm.

Ümid edirəm ki, növbəti binadan həmkarlarıma mənzillər hədiyyə ediləndə cəbhə müxbirləri də nəzərə alınacaq.


P.S. Onların içərisində müharibə veteranı olanı da var.

QAZİLER.AZ
Rey Kərimoğlu
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Tovuzda qəzalı vəziyyətə düşən evlər sökülür - Erməni təxribatı -FOTO
11.08.2020
DİM-in verdiyi qərara görə 17 yaşlı abituriyent intihar etmək istəyir - Təfərrüatlar
10.08.2020
“Deputatların bəziləri bu millətin qürurunu qırdı”
07.08.2020
Baş Nazir 190 manatın verilməsi ilə bağlı qərar imzaladı
07.08.2020
Nazir: "190 manatdan imtina alan 20 minə yaxın şəxs ictimai iş təklifi ilə razılaşmayıb"