Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Umud Rəhimoğlu Vilnüsdə səfərdə olub

15:23  |    23 İyun 2015  |   E-mail  |  Çapa göndər

BAMF-ın İnformasiya Departamentindən QAZİLER.AZ-a verilən məlumata görə, BAMF-ın sədri Umud Rəhimoğlu Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Vilnüsdə keçirdiyi “Avropada əmək münasibətləri və iş zəmanətlərinin nizamlanmasında Sosial dialoqun əhəmiyyəti” mövzusunda beynəlxalq konfransda iştirak edib.

İyun ayının 18-19-u tarixlərində Vilnüsdə baş tutmuş konfransda “Effektiv fəal əmək bazarı siyasəti-ölkələr üçün Aİ-nin çağırışı”, “Avropa əmək bazarlarının təhlükəsizliyi və uyğunluğunun axtarılması” və s kimi mövzular ətrafında müzakirələr aparılmışdır.



Azərbaycandan beynəlxalq konfransa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, Qadın Konsensus Mərkəzi ictimai birliyinin sədri, Aynur Camal, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası İcraçı Komitəsinin rəhbəri Sahib Məmmədov, eyni zamanda BAMF-ın sədri Umud Mirzəyev qatılmışdır. Səfər çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti ölkələrinin nümayəndələri ilə həm ayrı-ayrılıqda, həm də konfrans daxilində bir sıra səfər əhəmiyyətli görüşlər həyata keçirmişlər. Əsasən də Ukrayna, Belarusiya, Moldova və Gürcüstandan olan Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti nümayəndələri arasında baş tutmuş görüşlərdə Azərbaycanda həyata keçirilən sosial proqramlar, sosialyönümlü fəaliyyətlər, vətəndaş cəmiyyətinin durumu və həyata keçirilən fəaliyyətlər, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının əhəmiyyəti barəsində müzakirələr aparılmış və bu istiqamətdə verilmiş suallar cavablandırılmışdır.



Növbəti səfər əhəmiyyətli görüş Umud Rəhimoğlu, Sahib Məmmədov və Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırılması istiqamətində illərlə çalışmış, əslən Litvalı olan BAMF-ın Litva təmsilçısı, fotojurnalist Riçard Lapaytisin iştirakı ilə Azərbaycan Respublikasının Litvadakı səfirliyində baş tutmuşdur. Cənab səfir Həsən Məmmədzadə ilə baş tutan görüşdə cənab səfir diplomatik missiyanın həyata keçirdiyi və gördüyü işlər, Azərbaycanın vətəndaş cəmiyyəti qurumlarının media qurumları ilə əməkdaşlığından söz açmışdır. Cənab səfir görüş əsnasında Riçard Lapaytis və onun kimi jurnalistlərlə əməkdaşlıqlara önəm verdiklərini də vurğulamışdır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər