Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6995

Digər sorğular

Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ

20:52  |    04 İyul 2020  |   E-mail  |  Çapa göndər

Sərt karantin tətbiq edilən ərazilərdə fəaliyyət göstərən taksilər icaze-e.gov.az portalından qeydiyyatdan keçməlidir.

Qazilər.az bildirir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bu həm hüquqi şəxsə, həm də şəxsi taksilərə aiddir: "Birincisi, istənilən taksinin fərqlənmə nişanı olmalıdır, bu vacibdir. Həmçinin həmin taksi sürücüsü və nəqliyyat vasitəsi barədə məlumatlar portala daxil edilməlidir. Yalnız bu prosesdən sonra həmin taksi fəaliyyət göstərə bilər".

K.Əliyev bildirib ki, fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələr olmalıdır: "Bəzi sürücülər yalnız iki qarşı oturacağın arasına sellofan çəkmələ işlərini bitmiş hesab edir. Amma bu belə olmamalıdır. Sürücü ilə sərnişinlər arasında tam şəffaf arakəsmələr olmalıdır. Əsas məsələ isə, taksidə sürücü və sərnişinlər qoruyucu maskalardan mütləq istifadə etməlidirlər. Əgər hər hansısa taksidə sürücü və sərnişində maska olmasa, həmin şəxs məsuliyyətə cəlb ediləcək. Sürücü və sərnişinin hərəkət etməyə icazəsi olsa da, maskasızdırsa, o cərimələnəcək".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı
06.08.2020
Azərbaycanlı həkimdən xoş xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq
06.08.2020
"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur"
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
İlham Əliyev: “Azərbaycanda israfçılığa yol verilir”