Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Ukraynalı könüllü: “Şərq və Bakı haqqında xeyli şey kəşf etdim“

04:15  |    23 İyun 2015  |   E-mail  |  Çapa göndər

Bakı-2015 birinci Avropa Oyunlarında qonaqlara xidmət göstərmək üçün müxtəlif ölkələrdən olan könüllülər iştirak edirlər. Onlardan biri də Ukraynanın paytaxtı Kiyevdən gəlmiş, Kiyev Politexnik İnstitutunun 6-cı kurs, magistratura tələbəsi 22 yaşlı Vladimir Qolovatyukdur.


QAZİLER.AZ saytı məlumat verir , V.Qolovatyukun Trend-ə bildirdiyinə görə, Avropa Oyunlarına könüllülərin yığılması haqqında internetdən öyrənib: “Öyrəndim ki, internet vasitəsilə qeydiyyat başlayıb. Saytda qeydiyyatdan keçdim. Sonra müsahibə olundum. Bundan sonra məni fotoqraflarla işləmək üçün Bakıya dəvət etdilər. Bundan əvvəl 2012-ci ildə futbol üzrə Avropa çempionatında və Ukraynada yeniyetmələrin FIBA U-16 Avropa çempionatında işləmişəm”.

Ukraynalı gəncin fikrincə, o, burada əsl Şərq ab-havası yaşaya bilib: “Buna qədər turist kimi Macarıstan, Polşa və Avstriyada olmuşam, o da maksimum bir həftə ərzində. Ölkədən kənarda könüllü kimi ilk dəfə Azərbaycanda işləyirəm. Artıq 3 həftədir buradayam. Bir az hava istidir, amma iqlim qurudur. Burada tamam başqa təbiət, başqa iqlimdir. Çox şeyləri ilk dəfə burada gördüm. Məsələn, bəzi bitkilər haqqında yalnız kitablarda oxumuşdum, amma onları burada görə bildim. Onlar qeyri-adidirlər.

Azərbaycan və Ukraynanın adət-ənənələri də kökündən fərqlənir. İlk baxışdan keçmiş SSRİ respublikası olduqlarından müəyyən ümumi cəhətləri var. Amma Şərqin hiss olunan ab-havası tamam başqadır. O, Ukraynaya xas deyil. Mentalitet də tam fərqlidir. Amma mənə burada çox yaxşıdır. Fərqli olduğundan mənə maraqlıdır. Ətrafda insanlarla, həmyaşıdlarımla ünsiyyət qurmaq çox maraqlıdır. İnsanlar çox qonaqpərvərdirlər. Hamı Ukraynadan olduğumu bilən kimi kömək etmək, bilmədiyim şeylər barədə danışmaq istəyir. Ona görə burada mənə çox yaxşıdır”.

Vladimir azərbaycanlı gənclərlə də dostlaşıb. Bakının bəzi yerləri isə onu valeh edib: “Artıq burada dostlarım var. Arada 3 gün istirahətimiz oldu. Uşaqlar mənim üçün Bakıya ekskursiya təşkil etdilər. Axşam Fəvvarələr meydanında və kiçik musiqi festivalında olduq. Daha çox qədim İçərişəhər xoşuma gəldi. Orada özünü əsl Şərqdə hiss edirsən. Heydər Əliyev Mərkəzində də oldum. Çox xoşuma gəldi. Bu mənim üçün ümumiyyətlə qeyri-adi memarlıq növü idi. Burada istənilən yerdə dincələ bilərsən, çəmənlikdə otura bilərsən. Fəvvarələr heyrətamiz dərəcədə gözəldir. Bu, məhz insanlar üçün incəsənət deməkdir. Hamı yaxınlaşıb çoxlu sərgi və festivallarda iştirak edə bilir. İçərişəhərdə ilk dəfə olanda dünyanın müxtəlif yerlərindən gəlmiş rəssamlar Avropa Oyunlarının simvollarının şəkillərini öz düşündükləri kimi çəkə bilərdilər. Həmin vaxt müxtəlif mədəniyyətlərin baxışları mənim üçün çox maraqlı idi”.

Milli yeməklərimizin bəzilərinin dadına baxan Vladimir onların porsiyasının böyüklüyünə heyrət edib: “Milli yeməklərdən dadmışam. Düşünməzdim ki, yemək porsiyaları bu qədər böyükdür. Çox dadlıdırlar. Amma mən bir porsiyanın öhdəsindən güclə gəldim. Mən hələ ki, plovun dadına baxmışam. Digər yeməklərin də dadına baxmağa hələ vaxtım var. Çünki bir günə hamısının öhdəsindən gələ bilmərəm (gülür - red.)”

Artıq müəyyən təcrübəyə malik könüllünün fikrincə, Avropa Oyunları və futbol üzrə Avropa çempionatının təşkilatçılığı arasında ümumi cəhətlər çoxdur: “Mən orada da media ilə işləyirdim. Təbii ki, hər birinin özünəməxsusluğu var. Burada nisbətən qrafik sakitdir. Qidalanma normaldır. Mənə bəs edir. Özüm media kəndində qalıram. Orada da rahatdır. Amma idman arenasında həyat daha qaynar və maraqlıdır. Biz burada könüllü olaraq pulsuz işləyirik. Təşkilatçılar mənim nəqliyyat xərclərimi ödəyiblər. Media kəndində qalmaq və qidalanmaq da pulsuzdur. Mənə həqiqətən də burada olmaq xoşdur. Bakıda çoxlu şeylər öyrəndim. Özüm üçün Şərq və Bakı haqqında çoxlu şeylər kəşf etdim. Ümid edirəm ki, bura yenə gələ biləcəyəm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər