Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7005

Digər sorğular

Bu gün "Planetlərin paradı" başlayır

19:17  |    04 İyul 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək.

Qazilər.az xəbər verir ki, “Planetlərin paradı” adlanan bu düzülüş nadir astronomik hadisədir.

Bu təbiət hadisəsi Günəş sistemində iki formada baş verir. Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə olur. Böyük planetlərin paradı isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə baş verir. Bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu da “Planetlərin tam paradı” adlanır.

Cırtdan planet olaraq təsnif edilən Pluton və Günəş sistemində olan 8 planetin hamısı iyulun 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyu davam edəcək "Planetlərin paradı" tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək.

Nadir astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.

Sonuncu dəfə bu təbiət hadisəsi 10 mart 1982-ci ildə baş verib. Bu zaman Günəş sistemindəki bütün planetlər Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.

Qeyd edək ki, növbəti “Planetlərin tam paradı”nın 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
“Twitter”də yeni funksiya işə düşüb
05.08.2020
Bu gün Yerə asteroid yaxınlaşacaq
29.07.2020
Dincəlməyi bacarmaq məqsədlərə çatmağa kömək edir
28.07.2020
Qucaqlaşma sevgisinin irsi olduğu müəyyənləşib
25.07.2020
Xəttimiz xarakterimiz haqqında nə deyir? - Maraqlı araşdırma