Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6990

Digər sorğular

Milli Qəhrəman Tabil Həsənovun doğum günüdür

15:18  |    04 İyul 2020  |   E-mail  |  Çapa göndər

Ona el arasında "Qırxız qartalı" deyə səslənirdilər.

Həsənov Tabil Qasım oğlu 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1977-ci ildə burada məktəbi bitirib, 1980-cı ildə hərbi xidmətə çağırılıb. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayıb.

1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir. Əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyirdi. Elə bu vaxt Tabil sinə gərərək düşmənə əks hücum edir və erməni murdarlarının ordusu pərən-pərən olub geri çəkilir. Bu qələbədən sonra ona el arasında "Qırxız qartalı" deyə səslənirdilər.

Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum edir. Tabil yenidən hücum edərək bu kəndi də azad edə bilir və düşmənin canlı qüvvəsi məhv edilir.

1992-ci ilin 29 martında isə erməni qəsbkarları Kosalara yenidən hücum edir. Saatlarla davam edən döyüşdə 53 erməni faşisti öldürülür. Onların 12-ni "Qırxız qartalı" Tabil öldürmüşdü. Lakin bu onun son döyüşü olur. Çünki o bu döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Tabil Qasım oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Xocalı rayonunun Kosalar kəndində dəfn edilib.

Ruhu Şad olsun...

Qazilər.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
MN: Ermənilər Tovuz, Gədəbəy və Tərtər istiqamətlərində atəşkəsi pozub
02.08.2020
Paşinyandan şok etiraf: "Xocalı soyqırımını Rusiya törədib" - VİDEO
02.08.2020
MN-dən Polad Həşimovun ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA
02.08.2020
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
01.08.2020
İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək