Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6698

Digər sorğular

Prezident İlham Əliyev: “İslam Həmrəylik Oyunları müsəlman ölkələrini daha da birləşdirəcək”

03:27  |    23 İyun 2015  |   E-mail  |  Çapa göndər

“Keçən bayramdan ötən dövr ərzində ölkəmizin həyatında çox əlamətdar hadisə baş verib. Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilib”.

QAZİLER.AZ saytının APA-a istinadən məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibəti ilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə söyləyib

.

Dövlət başçısı deyib ki, Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır: “Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilib, bir memarlıq əsəridir. Dünyanın ən yeni tikilmiş məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilib. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir. Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasında həmrəyliyi gücləndirək”.

Prezident İlham Əliyev qeyd edib ki, 2 ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək: “Əminəm ki, 2 ildən sonra Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirəcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
“Yeni Üfüq” Xocalı şəhidlərini andı
16.02.2020
“Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov
16.02.2020
Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”
16.02.2020
Müxaliflərdən Əsədə zərbə: Yüzlərlə ölü...
16.02.2020
Bakıya qayıdan iki nəfərdə yüksək temperatur aşkarlandı