Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

“Füzulimi yaddaşlara köçürən son oğlan...” - İqbal Ağazadə Etibar Babayevlə bağlı XATİRƏSİ

19:38  |    03 İyul 2020  |   E-mail  |  Çapa göndər


Ümid Partiyasının sədri İqbal Ağazadə ötən gecə koronavirusdan vəfat etmiş AzTV-Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayevlə bağlı bir xatirəsini feysbuk səhifəsində bölüşüb.

Qaziler.az İqbal Ağazadənin o xatirəsini təqdim edir:

“...1993-cü ilin dəhşətli günlərindən biri idi. Ağdam işğal olunduqdan sonra hədəfdə Füzuli rayonu idi.

AzTV-nin sədr müavini Vasif Babayevdən xahiş etdim ki, çəkiliş qrupu versin, Füzulinin bu ağır günləri kadrların yaddaşına köçürülsün. Vasif müəllim bu gedişin qorxulu olduğunu desə də, israrıma "yox" deyə bilmədi.

Beləliklə də üç nəfər çəkiliş qrupu - Sevil Nuriyeva, Etibar Babayev, Nadir Şəfiyev, o cümlədən mən və sürücüm yola düşdük.

Füzulidə ağır döyüşlər gedirdi. Rayon hər tərəfdən bombalanırdı. Bir neçə gün rayonda çəkiliş apardıq, mövqeləri, hətta ən yaxın məsafədən erməni tanklarını çəkdik.

Rayon son günlərini yaşayırdı. Postlarımız rayon mərkəzindən təxminən 7 km Bakıya doğru qurulmuşdu. Bu o demək idi ki, Füzuli şəhəri artıq müdafiəsizdir.

İsrar etdim ki, rayon mərkəzini çəkək, mən inanmıram ki, orda erməni olsun. Briqada komandiri bizi postdan buraxmaq istəməsə də, mən inadkarlıq etdim. Düz rayon mərkəzinə, icra hakimiyyətinin qarşısına gəldik. Heç kim yox idi, hər tərəfdə ölü sükut hökm sürürdü.

Etibar Babayev maşından düşərək çəkməyə başladı. Nadir Şəfiyev isə çəkilişə şərh verirdi.

Elə bu zaman qiyam nəticəsində rayonda idarəçiliyi ələ keçirmiş başçı və mühafizəçiləri özlərini yetirdilər. Havaya, maşınımıza durmadan atəş açmağa başladılar.

İcra başçısının qoçuları avtomatın qundağı ilə Nadir bəyin başını yardılar. Nadir Şəfiyev qan içində, mən mühafizəçilərlə əlbəyaxa, Sevil Nuriyeva artıq maşından düşürülüb. Etibar Babayev sanki unudulmuşdu. Birdən onu da xatırlayan qoçular kameranı əlindən alıb Etibar bəyi vurdular. O çətin anda Etibar Babayevin dediyi bir söz sonra bizi hey güldürdü.

Qoçular onu vuranda Etibar Babayev şirin ləhcəsi ilə "alə, bu olmadı ki..." dedi.
Nadir bəyin sonrakı cavabı o çətin anda (artıq polis bölməsinə gətirilmişdik) bizim üzümüzü güldürdü:

- Alə, Nadirin başını yarırlar olur, Etibara bir şillə vurmaq olmaz?...

P.S. Etibar Babayev, sən 4 adamdan biri idin ki, mənim ata-baba yurduma son dəfə biz bir yerdə baxmışdıq, sən mənim düşmənə təslim edilən yurdumu dağılmamış, nizamı pozulmamış kameranın yaddaşına çəkmisən.

Bizi tərk etdin. Yerin cənnət olsun.

Füzulimi yaddaşlara köçürən son oğlan...

Allah rəhmət etsin”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Qarabağ qazisi Niyaz Ələsgərov vəfat edib
09.08.2020
“Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa yolu yoxdur” - Deputat
07.08.2020
“Dağlıq Qarabağın azad olunması an məsələsidir” - Polkovnik
07.08.2020
Rey Kərimoğlu: "Vətən sevginizi xırda hisslərə qurban verməyin" - VİDEO
07.08.2020
Şəhid generalla polkovnikin məzar daşı hazırdır - FOTO