Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6990

Digər sorğular

Milli Qəhrəman Asif Məhərrəmovun anım günüdür

15:23  |    03 İyul 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun vətən torpağına qovuşduğu gündür!

Qazilər.az xəbər verir ki, Milli Qəhrəmanın məzarı onun əsgərləri, yaxınları, Qazilər birliyinin rəhbərliyi və ölkənin tanınmış simaları ilə birlikdə ziyarət edilib. Ruhu qarşısında baş əyilib.

Ziyarət hələ də davam edir.

P.S. Ziyarət karantin qaydalarına əməl edilərək həyata keçirilir!

Xatırladaq ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilk övladı olub. Uşaqlığı yoxsulluq içində keçib. Uşaqlıqdan boks və futbolla məşğul olub.

1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə onu həbs edirlər. Asifə iki il iş kəsilir və onun 18 ayını həbsxanada yatır.

1976-cı ildə Asif qız qaçırır və onunla qısa ömür sürəndən sonra qəfil avtomobil qəzasına tuş gəlir. Təsadüf nəticəsində təcili yardım maşınının vurulmasına görə ona 4 il 6 ay iş verirlər.

1980-ci illərin sonunda həbsxanadan çıxdıqdan sonra Asif Moskvadakı dostlarının yanına gedib. O bir müddət sonra Ağdama qayıdaraq restoran sahibi olur.

Qarabağ müharibəsi dövründə Allahverdi və Eldar Bağırovla yaxın dost olub.

1991-ci ilin 15 noyabrında “Haqq Cəbhəsi” batalyonunu yaradıb. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər. 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənib. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədən istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirib. Bundan sonra ordakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunub. Azərbaycan Respublikası Müdafiə Naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verilib. Asifin hərbi təhsili olmamasına baxmayaraq, o, 859 saylı həmin batalyonun ilk komandiri olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib.

24 iyun 1992-ci il Naxçıvanlı kəndi uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra yenidən cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vurmuş, onun maşını aşmışdı. Asifin ağ ciyəri ciddi zədələnmişdi və ağzından qan gəlirdi. Milli Qəhrəman adına təqdimat həmin vaxt yazdılmışdı. Asifi üç gün Ağdamda saxladılar.

Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbuluna daxil olub. O zaman ən uzun çıxışı o eləmişdi, 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını çatdırmışdı. İyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırtdırdı. O zaman narahatçılıq vardı ki, Bakıda təxribat hazırlanır. Asif Heydər Əliyevlə 3 saat söhbət elədi və ona bildirdi ki, "nə mən, nə də mənim ətrafımdakılardan heç kim bu işlərə qarışmırıq".

1993-cü il iyul ayının 23-də, təxminən axşam saat beşdə qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qalıblar. Həmin gün Fred Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıdır. Vəziyyəti daha da pisləşir. O, uzun illərin həbsxana və səngər həyatından sonra vərəm xəstəliyi ilə əlbəyaxa mübarizədə idi.

1993-cü il 27 oktyabrda, Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.

1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi, Azər adlı oğlu var.

Asif Məhərrəmova "Fred" ləqəbini ona 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.

Allah rəhmət eləsin...

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.08.2020
MN: Ermənilər Tovuz, Gədəbəy və Tərtər istiqamətlərində atəşkəsi pozub
02.08.2020
Paşinyandan şok etiraf: "Xocalı soyqırımını Rusiya törədib" - VİDEO
02.08.2020
MN-dən Polad Həşimovun ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA
02.08.2020
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
01.08.2020
İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək