Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6995

Digər sorğular

Deputatdan təəccübləndirən TƏKLİF: Əhaliyə pulsuz maska verilsin, ancaq bu şərtlə...

11:58  |    03 İyul 2020  |   E-mail  |  Çapa göndər

Maskaların qiyməti aşağı düşməlidir. Birinci növbədə çalışmaq lazımdır ki, maskaların istehsalının maya dəyərini aşağı salaq, çünki ola bilsin ki, uzun müddət maskadan istifadə etməli olaq.

Qazilər.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev hesab edir ki, maskaların qiymətinin aşağı salınması üçün dövlət büdcəsindən və yaxud Koronavirusla Mübarizə Fondundan müəyyən vəsaitlər də yönəltmək olar:

“Başqa bir yol isə insanların daha çox üz tutduğu obyektlərə, xüsusən marketlərə, bazarlara və digər məkanlara öhdəlik qoyulmalıdır ki, maskasız insanı içəri buraxmasınlar və yaxud da ki, orada insanlara maska paylasınlar. Tutaq ki, bir insan gəlib marketdə 50, 70 və ya 100 manatlıq məhsul alırsa, market ona maskanı hədiyyə də edə bilər. Yaxu da marketlər maskanı insanlara yarı qiymətinə satsın. Bütün hallarda bu işi tənzimləmək və maskaların qiyməti barədə fikirləşmək lazımdır”.

M.Quliyev əlavə edib ki, dezinfeksiyaedici məhsulların da qiymətinin tənzimlənməsinə ehtiyac var.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı
06.08.2020
Azərbaycanlı həkimdən xoş xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq
06.08.2020
"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur"
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
İlham Əliyev: “Azərbaycanda israfçılığa yol verilir”