Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7005

Digər sorğular

COVİD-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - AÇIQLAMA

12:37  |    03 İyul 2020  |   E-mail  |  Çapa göndər

COVİD-19-la bağlı test verən şəxslərin analizlərinin "E-TƏBİB" proqramı vasitəsilə alınmasında problem yaşanıb.

Test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır.

Qazilər.az bildirir ki, E-tebib layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında faktı təstiqləyib.

Bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür: "Əslində bu problem "E-TƏBİB"dən asılı olmayan məsələdir. Yəni analizlərin cavablarını test götürən laboratoriyalar vaxtında çatdıra bilmirlər. Ona görə də həmin cavablar "E-TƏBİB"in bazasına yüklənmədiyindən vətəndaşlara yanlış cavablar verilir. Artıq bu problemin aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülür. Laboratoriyalara tapşırıqlar verilib ki, əsasən pozitiv çıxan cavablar dərhal bazaya göndərilsin və vətəndaşa dərhal məlumat verilsin. Hazırda pozitiv cavablar dərhal bazaya yüklənilir və vətəndaşa bu barədə məlumat verilir. Cavab gəlməyən və ya testdən keçmədiyi deyilən şəxslərin isə çox güman ki, test cavabları neqativdir. Neqativ cavabların bazaya yüklənməsində gecikmələr davam edir. Çalışırıq ki, qısa zamanda bu problemi də aradan qaldıraq".

F. Niftəliyev bildirib ki, test cavabları gəlməyən şəxslər hələlik problem həll olunana qədər analiz verdikləri laboratoriyalarla əlaqə saxlaya bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı RƏSMİ AÇIQLAMA
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu- 2 nəfər ölüb
12.08.2020
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
12.08.2020
Prezident İlham Əliyev yeni "London taksi"ləri ilə tanış olub - FOTO
12.08.2020
Azərbaycanda 9 hakim işdən çıxarıldı