Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6995

Digər sorğular

Baş epidemioloqun səsyazısı ilə bağlı açıqlama: Dəfndə olub...

11:37  |    03 İyul 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycan Tibb Universiteti epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayevin səsyazısı ilə bağlı açıqlama yayıb.

Qazilər.az xəbər verir ki, məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova "Qafqazinfo"ya bildirib:

"Ölkə mediasında Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev barəsində bəzi məlumatlar yayılıb. Karantin rejimi ilə əlaqədar ATU-da tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır:

O, dünən 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. Lakin təəssüf ki, jurnalist İ.Ağayevin axşam müsahibə verəcəyi ilə bağlı hissəni yazmadan yalnız Baş epidemioloqun ölkədəki durumdan xəbərsiz olduğunu yazıb.

Qeyd edək ki, İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir. Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur.

Qeyd edim ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı
06.08.2020
Azərbaycanlı həkimdən xoş xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq
06.08.2020
"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur"
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
İlham Əliyev: “Azərbaycanda israfçılığa yol verilir”