Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7003

Digər sorğular

Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib

20:52  |    02 İyul 2020  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 800-ə yaxın işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Qaziler.az bildirir ki, onlardan 409-u qadın, qalanları kişilərdir. Həmçinin kurslara cəlb olunanların 255-ni gənclər təşkil edib.

İşsiz və işaxtaran şəxslərin peşə bacarıqlarına yiyələnməklə məşğulluğuna şərait yaradılması məqsədi daşıyan kurslarda aşpaz, dərzi, xalçaçı, kompyuter mühasibliyi, kompyuterçi dizayner, qaynaqçı, istixana operatoru, şirniyyatçı, kopyuter istifadəçisi, vizajist, bərbər və s. peşələr tədris olunub. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.

Kursların müdavimlərinə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.
Pandemiya ilə əlaqədar peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin təqaüdlərin verilməsi davam etdirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Tovuzda qəzalı vəziyyətə düşən evlər sökülür - Erməni təxribatı -FOTO
11.08.2020
DİM-in verdiyi qərara görə 17 yaşlı abituriyent intihar etmək istəyir - Təfərrüatlar
10.08.2020
“Deputatların bəziləri bu millətin qürurunu qırdı”
07.08.2020
Baş Nazir 190 manatın verilməsi ilə bağlı qərar imzaladı
07.08.2020
Nazir: "190 manatdan imtina alan 20 minə yaxın şəxs ictimai iş təklifi ilə razılaşmayıb"