Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Azərbaycan yığması 37-ci medalını qazandı - YENİLƏNİB

01:22  |    23 İyun 2015  |   E-mail  |  Çapa göndər

Həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Apasport-un məlumatına görə, rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və döyüşünü üstün bitirib - 3:1

.

“Neftçi İdman Klubu”nun üzvü finalda rusiyalı Aymerqen Atkunovla gücünü yoxlayıb. Həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:1) və o, gümüş medalla kifayətlənib.

Bu, millimizin yarışda 37-ci mükafatıdı.
**
19:23
Azərbaycanın sambo üzrə yığmasının üzvü Nəzakət Xəlilova gümüş medal qazanıb.

Apasport.az saytının məlumatına görə, N. Xəlilova (52 kq) finalda Anna Xaritonova (Rusiya) üz-üzə gəlib.

Təəssüf ki, samboçumuz uğurlu seriyasını davam etdirə bilməyib. A. Xaritonovaya 0:5 hesabı ilə məğlub olan N. Xəlilova gümüş medalla kifayətlənib.

Qeyd edək ki, ilk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Görüş Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. N. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Deputatların pensiyaları da artacaq
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər