Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6995

Digər sorğular

190 manatın verilməsi ilə bağlı ƏHALİYƏ XƏBƏR

18:14  |    02 İyul 2020  |   E-mail  |  Çapa göndər


Bu barədə yaxın günlərdə məlumat veriləcək

İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən şəxslər aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub. Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir qərar qəbul edib. Qərarda qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Bəs, bu ödənişlər nə zaman həyata keçiriləcək?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Redaktor.az-a bildirib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək:

"Vətəndaş onlayn qeydiyyatdan keçən zaman hansı rayonu qeyd edibsə və o rayon sərt karantin rejiminin tətbiq olunduğu rayondursa, bu ödənişlər həmin vətəndaşlara şamil olunacaq. Onlar birdəfəlik ödəmə alacaqlar".

Onlayn qeydiyyatın aparıldığı zaman işləyən, amma bu müddət ərzində işini itirən insanların veriləcək birdəfəlik ödəmədən yararlanıb-yararlanmayacağı məsələsinə gəldikdə isə, Əsmər Nəcməddinqızı bildirib ki, hazırki ödəmələr üçün qeydiyyat aparılmır:

"Bildiyiniz kimi ödəmələr üçün yenidən qeydiyyat yoxdur. Qeyd edilən həmin şəxslər digər aktiv məşğulluq tədbirlərindən yararlanmaq üçün müraciət edə bilərlər. İctimai iş, özünüməşğulluq proqramı və s".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı
06.08.2020
Azərbaycanlı həkimdən xoş xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq
06.08.2020
"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur"
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
İlham Əliyev: “Azərbaycanda israfçılığa yol verilir”