Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7004

Digər sorğular

Prezident İlham Əliyevdən Putinə məktub...

15:12  |    02 İyul 2020  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Qazilər.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Səsvermənin yekunları Sizə yüksək etimadı bir daha təsdiq edir, Rusiyanın hüquqi sosial dövlət kimi bundan sonra da inkişafına yönəlmiş kursunuzun xalq tərəfindən güclü dəstəklənməsinə dəlalət edir. Şübhəsiz, yenilənmiş Konstitusiya Rusiya Federasiyasının tarixində keyfiyyətcə yeni mərhələnin başlanmasının rəmzidir. Əminəm ki, Konstitusiya islahatı Rusiyanın artan inkişafına və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradacaq.

Fürsətdən istifadə edib, Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq ruhunda yüksək səviyyəsini bir daha vurğulamaq istərdim. İnanıram ki, ölkələrimiz arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələri xalqlarımızın rifahı naminə çoxplanlı qarşılıqlı fəaliyyətin genişlənməsi üçün etibarlı təməldir.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və Rusiya dövlətçiliyinin möhkəmləndirilməsi işində yeni uğurlar, dost Rusiya xalqına firavanlıq və əmin-amanlıq arzu edirəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.08.2020
Prezident FƏRMAN imzaladı
07.08.2020
Prezident yeni Holdinq yaratdı - Dövlət şirkətlərini idarə edəcək - FƏRMAN
31.07.2020
Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib
17.07.2020
Azərbaycan və Macarıstan arasında bir sıra sənədlər imzalanıb
15.07.2020
Prezident İlham Əliyevdən Ərdoğana məktub...