Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6995

Digər sorğular

Bu şəxslərə SMS icazə verilmir - Nazirlik

16:43  |    02 İyul 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanda COVİD-19 virusuna yoluxan şəxslərin evdən çıxmasının qarşısını almaq üçün yeni üsul tətbiq edilir.

Qazilər.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, hər hansısa bir vətəndaşın COVİD-19-a yoluxması təstiqlənərsə, bu barədə dərhal icaze-e.gov.az portalına məlumat verilir: "Bu şəxs barədə məlumatlar dərhal həmin portal tərəfindən nəzarətə götürülür. Bundan sonra həmin şəxs evdən çıxmaq üçün portala müraciət edərkən ona evdən çıxmağa icazə verilmir. Bununla yanaşı, COVİD-19 xəstəsindən iltizam da alınır ki, həmin şəxs müalicə müddətində evdən çölə çıxmayacaq. Əgər həmin şəxs müalicə müddətində yaşayış yerini tərk edərsə, onun barəsində qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülür və şəxs məsuliyyətə cəlb edilir. Çünki COVİD-19 xəstəsi müalicə müddətində yaşayış yerini tərk edərsə, başqasını yoluxdura bilər. Buna görə də həmin şəxsin evdən çıxması qadağandır".

N.Seyidov bildirib ki, hazırda ev şəraitində müalicə olunan şəxslərin sayı çoxluq təşkil etmir: "Hazırda evdə müalicə olunan COVİD-19 xəstələrinin sayı azdır, ümid edirəm ki bundan sonra ümumiyyətlə olmayacaq. Amma COVİD-19-a yoluxmuş adam nəzərə almalıdır ki o evdən çıxmaqla bu virusu daha tez yaya bilir. Bununla bağlı hüquq-mühafizə orqanları da tədbirlər görür. Bu tip xəstələrin evdən çıxması qanun pozuntusu və xüsusilə başqalarının hüquqlarını pozmaqdır".

İşçi qrupu üzvünün dediyinə görə, hazırda evdə müalicə olunan COVİD-19 xəstələri simptomsuz və yüngül xəstələrdir: "Həmin xəstələr ərazi poliklinikaları tərəfindən mütəmadi nəzarətdə saxlanılır, onların müalicəsinə xüsusi diqqət yetirilir. Ona görə də həmin şəxslərin evdən çölə çıxması qadağan edilib".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.08.2020
Məhərrəm ayı nə vaxt başlayır? - QMİ açıqladı
06.08.2020
Azərbaycanlı həkimdən xoş xəbər: Koronavirus yaxın vaxtlarda “yox” olacaq
06.08.2020
"Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur"
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
İlham Əliyev: “Azərbaycanda israfçılığa yol verilir”