Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7004

Digər sorğular

“Mənim oğlanlarım başınıza daş salıb?” - Sabiq millət vəkili

11:03  |    02 İyul 2020  |   E-mail  |  Çapa göndər

"Oğlanlarım ömrü boyu içki içməyib".

Qazilər.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədovun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən deyib.

Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir:

"Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? İşləri ilə məşğul olsunlar. Belələrini verəsən məhkəməyə. Görsünlər ki, məhkəməyə cəlb olunan kimdir? İctimaiyyətə niyə yalnış məlumat verirlər?".

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib. Dövlət Yol Polisininin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbail Rayon Məhkəməsində baxılır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.08.2020
Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR
11.08.2020
Çavuşoğlu: "Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmamalıdır"
11.08.2020
Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: “Hamısı qaraniyyətli adamlardır”
11.08.2020
Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib
11.08.2020
Azərbaycanda 84 nəfər koronavirusa yoluxub