Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

“Müsyo Jordan və dərviş Məstəli şah“ və “Pəri Cadu“ əcnəbiləri heyrətləndirdi

23:35  |    22 İyun 2015  |   E-mail  |  Çapa göndər

I Avropa Oyunlarını izləmək üçün Bakıda qonaq olan xarici ölkə nümayəndələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olub və teatrda xüsusi olaraq turistlər və qonaqlar üçün tərtib olunmuş M.F.Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah" və Ə.Haqverdiyevin "Pəri Cadu" tamaşalarını seyr ediblər.

QAZİLER.AZ saytı xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ABŞ, Meksika, İtaliya, Türkiyə, Çin və Pakistandan gəlmiş turistlər tamaşadan sonra təəssüratlarını bölüşərək, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, şəhərimizin füsunkar gözəlliyi, insanların istiqanlılığı haqqında xoş sözlər söyləyiblər.

Qonaqlar tamaşalardakı milli koloritə, aktyorların peşəkar ifasına, səslənən canlı muğam parçalarına heyran olduqlarını xüsusilə qeyd ediblər.

Turistlər teatrın diretkoru əməkdar artist Mübariz Həmidovla söhbətlərində ölkəmiz haqqında təəssüratlarını bölüşərək, teatr binasının dizaynının yüksək zövqlə qurulduğunu da vurğulayıblar: "Şəhərinizin milli və müasir görkəmi bir çox Avropa ölkələrini geridə qoyub. Teatrınız, seyr etdiyimiz tamaşalar isə yalnız dünyanın ən aparıcı teatrları ilə müqayisə oluna bilər. Biz Bakıda olduğumuza və belə mədəniyyət ocağını ziyarət etdiyimizə görə özümüzü son dərəcə xoşbəxt sayırıq".

Xatırladaq ki, I Avropa Oyunları ilə bağlı əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyunun 29-dək davam edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM
18.09.2019
Direktor özünü təqsirli bilmir: Elinanın ölümü ilə bağlı cinayət işi
18.09.2019
Sabahın HAVA PROQNOZU - meteohəssas insanlarda narahatlıq...
17.09.2019
Bakının xilas gününü işğal kimi qələmə verənlər
17.09.2019
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır