Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

AQTA-ya yeni səlahiyyət verilib

22:39  |    29 İyun 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyət verilib.

Musavat.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştammlarının Milli Kolleksiyada saxlanmasına Qida Təhlükəsizliyi Agentliyi razılıq verəcək.

Qüvvədə olan qərara əsasən, bu sahədə səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində olub.

Eyni zamanda Agentlik tərəfindən Milli Kolleksiyanın bütün mikroorqanizm ştammlarının patogen xüsusiyyətlərinin qorunub saxlanmasını təşkil etmək və daxil olan ştammları qəbul edərkən sənədləşmələri aparmaq məqsədilə yüksək ixtisas hazırlığı olan məsul şəxs təyin ediləcək.

Qüvvədə olan qanuna əsasən, bu səlahiyyət Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Millət vəkili koronavirusdan dünyasını dəyişən həkimin ailəsindən yazdı
06.07.2020
Prezident İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"
06.07.2020
İlham Əliyev: “Xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaq”
06.07.2020
Prezident və xanımı Xətai rayonunda modul tipli hospitalın açılışında - YENİLƏNİB - FOTO/VİDEO
06.07.2020
“Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib” - Ekspert