Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Amerika firması koronavirusa qarşı dərmana qiymət qoydu: 1 ampul 390 dollar

21:43  |    29 İyun 2020  |   E-mail  |  Çapa göndər


ABŞ-ın “Gilead Sciences” əczaçılıq şirkəti COVID-19 virusunun yaratdığı xəstəliyə qarşı mübarizədə istifadə olunan preparata görə inkişaf etmiş ölkələr üçün vahid qiymət müəyyənləşdirib.

Musavat.com xəbər verir ki, şirkətin mətbuat xidmətinin bu gün yaydığı açıqlamaya görə, “Remdesivir” adlı preparatın 1 ampulu 390 dollar təşkil edir.

“Biz inkişaf etmiş ölkələr üçün qiyməti ən aşağı alıcılıq qabiliyyətinə uyğunlaşdırmaq üçün endirmişik. Bu qiymət “Remdesivir”in istifadəsinə icazə verilən bütün inkişaf etmiş ölkələr üçün eyni olacaq. Bir ampul üçün 390 dollar həcmində qiymət səhiyyə sahəsində xalis və təcili qənaətə imkan verəcək”, - deyə, açıqlamada qeyd olunub.

“Gilead Sciences”in məlumatına görə, “Remdesivir”dən istifadə koronavirusa yoluxmuş insanlarda sağalma müddətini 4 günə endirməyə imkan verir.

Orta hesabla bir nəfərin bu dərmanla 5 günlük müalicə kursunda 6 ampuldan istifadə olunur. Bu isə 1 nəfərin “Remdesivir”lə müalicəsinin 2340 dollara başa gəlməsi deməkdir. Şirkətin hesablamalarına görə, bununla da ABŞ xəstəxanaları bir koronaviruslu xəstənin müalicəsində 12 min dollara qənaət etmiş olacaq.

Qeyd edək ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Hindistan, İsrail və Böyük Britaniya hökumətləri “Remdesivir”in koronaviruslu xəstələrin müalicəsində istifadəsinə icazə veriblər. Bu preparat ilk olaraq Ebolamın səbəb olduğu qızdırmanın müalicəsi üçün yaradılıb. Lakin onun koronavirusa qarşı daha effektiv nəticə verdiyi üzə çıxıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Hədəfdəki PKK düşərgəsi: Haftanin
06.07.2020
Avstraliyada çiyələyin içərisində iynə tapıldı
06.07.2020
Kaşıkçı cinayətində konsulluq işçisinin ifadəsi: Təndiri yandırdım, mənə...
06.07.2020
Dünyada koronavirusa yoluxanların sayı 200 mini keçdi - STATİSTİKA
05.07.2020
Hücum cəhdinin qarşısı alındı, sərhəddə zərərsizləşdirildilər - Türkiyə Müdafiə Nazirliyi