Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

İtaliyada COVID-19-dan sutkalıq ən az ölüm sayı qeydə alınıb

21:20  |    29 İyun 2020  |   E-mail  |  Çapa göndər


İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 6 nəfər artıb və ümumilikdə 34 744-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, hazırkı göstərici martın əvvəlindən bəri İtaliyada ən aşağı göstəricidir. Bundan bir gün əvvəl 22 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi. Ölkədə sutkalıq ən yüksək ölüm göstəricisi martın sonunda qeydə alınmışdı – 969 nəfər.

İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 126 nəfər olub. Hazırda 17 minədək italiyalı xəstəlikdən müalicə olunur. Epidemiyanın əvvəlindən bəri İtaliyada 189 196 nəfər müalicə olunaraq sağalıb. Hazırda 100-dək insan intensiv terapiya şöbəsindədir. Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 240 436 nəfərdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Türkiyədə böyük yanğın – Dardanel boğazı qapadıldı - FOTO - VİDEO
06.07.2020
Hədəfdəki PKK düşərgəsi: Haftanin
06.07.2020
Avstraliyada çiyələyin içərisində iynə tapıldı
06.07.2020
Kaşıkçı cinayətində konsulluq işçisinin ifadəsi: Təndiri yandırdım, mənə...
06.07.2020
Dünyada koronavirusa yoluxanların sayı 200 mini keçdi - STATİSTİKA