Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

“Azərbaycan və gürcü diasporları birgə addım atmağa borcludur” - Gürcü tarixçi - MÜSAHİBƏ

20:52  |    29 İyun 2020  |   E-mail  |  Çapa göndər


“Son zamanlar diasporla bağlı rəsmi Bakının uğurlu addımları kənardan da hiss olunur”

Tanınmış gürcüstanlı alim, tarix elmləri üzrə fəlsəfə doktoru, professor, Ekvtime Takaişvili adına Ümumgürcüstan Tarix Cəmiyyətinin Abxaziya təşkilatının sədri Zurab Papaskiri Modern.az-a müsahibə verib.

- Cənab Papaskiri, Azərbaycan və Gürcüstan arasında hazırki münasibətləri necə dəyərləndirərdiniz?

- Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıqdan da yüksəkdədir. Genetik olmasa da, faktiki olaraq, biz tarix boyu biri-birimizə arxa-dayaq olmuşuq. Təbii, tarixdə fərqli hadisələr, situasiyalar olub. Amma iki ölkə arasında pozitiv və səmimi əlaqələrin olduğunu əminliklə deyə bilərəm. Bütün məsuliyyətimlə bildirirəm ki, Azərbaycan-Gürcüstan münasibətləri ikinci minilliyin qovşağında keyfiyyətcə yeni mərhələyə gəlib və daha da möhkəmlənib. Gürcü-azərbaycanlı ittifaqı və strateji birliyi ümumi maraqlar və hədəflər üzərində - ilk növbədə isə aqressiv separatizm meyllərinin kökünün kəsilməsi, ərazi bütövlüyünün bərpası üzərində dayanır.

Bəli, bizim bir acımız, bir problemimiz var – suverenliyimiaz və dövlət müstəqilliyimizi təhlükəyə atan separatizmə fitva verən bədxah qoşunlar. Dünya birliyi içində sivil dövlət qurmaq planlarımıza mane olmaq istəyən bu qüvvələrə qarşı mübarizədə əl-ələ vermək borcumuzdur. Əminəm ki, bizim birliyimiz Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü bərpa etməyə imkan verəcək.

- Necə düşünürsünüz, Gürcüstandakı azərbaycanlılar və Azərbaycandakı gürcülər ölkələrimiz arasında münasibətlərdə hansı rolu oynayır?

- Mübaliğəsiz demək olar ki, Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar öz dövlətlərinin əsl vətənpərvər övladlarıdır. Və bu resurs Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinin yaxınlaşmasında önəmli rol oynayacaq. Bu xüsusda, Marneulidə, Heyət Əliyev adına Universitetdə keçən görüşü unuda bilmirəm. Həmin görüşdə yerli ictimaiyyətin parlaq nümayəndələrindən biri, o zamanlar Kvemo-Kartlinin vitse-qubernatoru olmuş Hüseyn Yusubov “nə qədər ki, Suxumi bizim olmayıb, o müddətcə, hamımız köçkünük”-deyə açıqlama vermişdi. Və yüksək çinli məmurun bu fikrini onun bütün çoxsaylı azərbaycanlı soydaşları da dəstəkləyir.

Gürcüstana sevgi, milli köklərinə də bağlılıq azərbaycanlı tələbələr arasında da hiss olunur. Suxumi Dövlət Universitetinin professoru kimi auditoriyalarda hər dəfə buna şahid oluram. Suxumi Dövlət Universitetindən söhbət düşmüşkən, Marneuli doğumlu doktorantım Natiq Hümbətovun adını da xatırlamalıyam. Hazırda Azərbaycan vətəndaşı olan Natiq Azərbaycan və Gürcüstanın böyük vətənpərvər övladıdır. Münasibətlərimizn inkişafına töhfələr verən Azərbaycanın intellektual elitaları sırasında Gürcüstan Elmlər Akademiyasının xarici üzvü Eldar İsmayılov, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Eldar İsmayılov və s. şəxslərin adını çəkə bilərəm. Bu işdə Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbayucan Diasporla İş üzrə Dövlət Komitəsi də önəmli pay sahibidir.



- Diaspor demişkən, Azərbaycan və Gürcüstan diasporu xaricdə birgə fəaliyyət göstərə, separatçıların təxribatına qarşı birgə mübarizə apara bilərmi?

- Bu, çox önəmli məsələdir. Son zamanlar diasporla bağlı rəsmi Bakının uğurlu addımları kənardan da hiss olunur. Ona görə də hesab edirəm ki, dispor təşkilatlarımız nəinki bunu edə bilərlər, məncə diasporlarımız ölkələrimiz naminə bu addımı atmağa borcludur. Onlar birgə səylə çalışmalıdır ki, dünya birliyi münaqişə barədə reallıqları bilsin, birgə fəaliyyətimizlə bədxah qonşularımızın yaratdığı təbliğat hay-küyünü neytrallaşdırmalıdır.

- Sizcə birgə koordinasiya üçün, birgə addımlar üçün nədən başlamaq lazımdır?

- Konkret təkliflər vermək açığı, mənim üçün çətindir. Düşünürəm ki, bu sahədə addımları iki ölkənin diplomatik xidmətləri tərəfindən aparılmalıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
“Birinin atası vəzifədədirsə, özü qabiliyyətlidirsə, o adam ölməlidir?” - Siyavuş Novruzov
27.06.2020
Azərbaycanda 6 milyona yaxın insan koronavirusa yoluxacaq - Həkim AÇIQLADI
17.06.2020
“İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…” – Aqil Abbas
06.06.2020
Azərbaycanda insanlar koronavirusdan küçələrdə öləcək - Alimdən dəhşətli sözlər - VİDEO
04.06.2020
“Keşikçidağ”da baş verən təxribatlara görə Azərbaycan geri addım atmayacaq” – Tərlan Eyvazov