Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6957

Digər sorğular

Ekspert: “Maska cəriməsinin yerinə deputatların 3 aylıq maaşı tutulsun”

15:01  |    29 İyun 2020  |   E-mail  |  Çapa göndər

"Maska taxmamağa görə cərimələrin artırılması səhv addımdır".

Qazilər.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev Milli Məclisin növbədənkənar sessiyasında maska taxmamağa görə cərimələrin ikiqat artırılmasından danışarkən deyib. O bildirib ki, qoyulan cəriməni ödəməyə belə insanların pulu yoxdur:

"İnsanlarla işləmək, onları başa salmaq əvəzinə yenə də inzibati yollara əl atırlar. Maskaları taxmamağa görə cərimələrin artırılması səhv addımdır, ciddi bir səmərə verməyəcək. Əhali sürücü deyil ki, avtomobilini əlindən alasan və ya hüquqi şəxs deyil ki, bank hesabını bağlayasan. İnsanların pulu ödəməyə imkanı yoxdur".

Samir Əliyev qeyd edib ki, bundan əvvəl tətbiq edilən 50 manat da çox idi:

"Bəzən elə cəza halları olur ki, onu sərtləşdirəndə əks effekt verir. Bu dəfə də elə olacaq. Bilmirəm, parlamentdə oturanlar nəyə əsaslanır. Polislə əhali arasında gizlənpaç oyunu başlayacaq. Polis məcbur olub selektiv qaydada cərimə tətbiq edəcək, bu isə narazılıq yaradacaq".

Samir Əliyev bununla bağlı təklif səsləndirib:

"Parlamentdə dəyişikliyə səs verənlərin 3 aylıq maaş və əlavələrini fonda yönəldib həmin vəsait hesabına əhaliyə pulsuz maska paylansın".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.07.2020
Ermənistan artilleriya qurğularından istifadə etməklə atəşkəsi pozub
13.07.2020
XİN: Ermənistan bütün qanunsuz əməllərin cavabını verəcək
13.07.2020
GUAM Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsinə hücumlarını pisləyir
13.07.2020
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub
13.07.2020
MTRŞ: Telekanallar şəhidlərimizə görə musiqili və əyləncəli verilişləri yayımdan çıxarıblar