Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6957

Digər sorğular

ABŞ-da Atatürkün heykəli təhqir edildi - FOTO

13:59  |    29 İyun 2020  |   E-mail  |  Çapa göndər

ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi binasının qarşısındakı Mustafa Kamal Atatürk heykəli təhqir olunub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, heykəlin üzərinə, "Bəli, insanlığa qarşı törədilən cinayətlərə görə günahkaram", yazılı löhvə asılıb.

Səfirliyin təhlükəsizlik kameralarına düşən görüntülərdə bunu edən şəxs əvvəlcə löhvəni qoyaraq foto çəkib və daha sonra isə onu götürüb qaçıb.

Çəkilmiş foto Yunan Soyqırımı Araşdırmaları Mərkəzinin Facebook səhifəsində paylaşılıb.

Səfirlik rəsmiləri məsələ ilə bağlı istintaq başladılması üçün müvafiq qurumlarla əlaqəyə keçib.

Cümhuriyyətçi Xalq Partiyasından olan millət vəkili Gürsel Təkin hadisəni qınayıb.

"Vaşinqtonda Atatürk heykəlinə hücum edən Yunan Soyqırımı Mərkəzini qınayıram. Xalqlar arasında kin və düşmənlik yaratmaq məqsədi daşıyan və cəhalətlə bəslənən bu vandalizmi lənətləyirəm. Bu təcavüzkar zehniyyət bilməlidir ki, Mustafa Kamalın liderliyində millətimiz işğala, əsarətə qarşı yaşamaq haqqı uğrunda mübarizə aparıb. Venizelosun Nobel Sülh Mükafatına namizəd göstərdiyi Atatürk suverenliyin timsalıdır", - deyə o, bildirib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
İran parlamentinin deputatı koronadan öldü
13.07.2020
Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat yaydı
13.07.2020
Mövlud Çavuşoğlu: “Ermənistan ağılını başına yığsın, Azərbaycanın yanındayıq”
13.07.2020
Rusiyalı hərbi ekspert: "Bu, Ermənistan tərəfindən məqsədli şəkildə törədilmiş təxribatdır"
13.07.2020
Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başlayır