Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Azərbaycanda 6 milyona yaxın insan koronavirusa yoluxacaq - Həkim AÇIQLADI

14:35  |    27 İyun 2020  |   E-mail  |  Çapa göndər

Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl koronavirusla bağlı Redaktor.az-a maraqlı müsahibə verib.

O, bir çox məqamlara aydınlıq gətirib.

- Vasif bəy, Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bunun səbəbi nədir?

- Bu, sosial məsafə və karantin qaydalarına tam əməl edilməməsi ilə bağlıdır. İnsanlar qaydalara əməl etmək istəmir. Onlar müxtəlif bəhanələr gətirirlər. Bu sırada da virus öz işini görür. Yəni, biz ona inanmadıqca, koronavirus daha çox yaylır.

- Virusun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Karantin qaydalarına əməl edib, insanları da buna təşviq etmək lazımdır. Hazırda virusla mübarizədə alternativ yol yoxdur. Maska taxmaq, sosial məsafəni gözləmək, gigiyenik qaydalara əməl etmək lazımdır.

- Artıq bir neçə gündür xəstələr ev şəraitində müalicə olunmağa başlayıb. Ev şəraitində müalicə nə dərəcədə doğrudur?

- Müəyyən qrup insanlar var ki, onların ev şəraitində müalicə almaları mümkündür. Sadəcə olaraq, ev şəraitində müalicə alanlar xüsusi olaraq diqqətli olmalı, həkimin bütün göstərişlərinə əməl etməlidirlər. Bütün bunlara diqqət etsələr, evdə müalicə də effektli ola bilər.

- Virusa qarşı imuniteti gücləndirmək üçün hansı qidalara üstünlük vermək lazımdır?

- Bunun üçün xüsusi bir qida yoxdur ki, ondan istifadə edək. Amma mövsümü qidalardan, xüsusi ilə meyvə və tərəvəzlərdən istifadəni artırmalıyıq. Yəni, təbii olan qidalardan istifadə etməliyik. Bu, hazırki vəziyyətdə çox vacibdir. Çünki virus sağlam orqanzimə o qədər də təsir edə bilmir.

- Vasif bəy, niyə insanlar maska taxmaq istəmir?

- Birincisi, insanlar maskanın virusdan qoruyacağına inanmırlar. İkincisi, bəzi səslənən ziddiyətli fikirlər onlarda müəyyən şübhələr yaradır. Bu da onlarda maska taxmaqla bağlı qərarsızlığa səbəb olur.

- İnsanları virusun həqiqətən təhlükəli olmasına necə inandırmaq olar?

- Ancaq düzgün təbliğat forması ilə. Bu haqda çox yazmışam. Hesab edirəm ki, təbliğat sistemli, insanların başa düşəcəyi formada və müəyyən qurumların iştirakı ilə aparılmalıdır. Fikrimcə, bu formada təbliğat daha çox effekt verər.

- Sizcə, koronavirus nə vaxta qədər davam edəcək?

- Əhalinin 60 fazi koronavirusa yoluxub sağalandan sonra ya virus yox olacaq, ya da bizim içərimizdə yaşamağa davam edəcək. Amma içimizdə yaşasa da, bizə ziyan vura bilməyəcək.

- Bu proses nə qədər çəkəcək?

- Krantin qaydalarının effektliliyindən asılıdır. Karantin qaydaları nə qədər efektli olsa, bu məsələ bir o qədər uzanacaq. Amma ümumi götürəndə virus təxminən 15 ay sürür. Bu da o deməkdir ki, 2021-ci ilin ilk aylarına qədər bu virus davam edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
“Birinin atası vəzifədədirsə, özü qabiliyyətlidirsə, o adam ölməlidir?” - Siyavuş Novruzov
29.06.2020
“Azərbaycan və gürcü diasporları birgə addım atmağa borcludur” - Gürcü tarixçi - MÜSAHİBƏ
17.06.2020
“İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…” – Aqil Abbas
06.06.2020
Azərbaycanda insanlar koronavirusdan küçələrdə öləcək - Alimdən dəhşətli sözlər - VİDEO
04.06.2020
“Keşikçidağ”da baş verən təxribatlara görə Azərbaycan geri addım atmayacaq” – Tərlan Eyvazov