Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6957

Digər sorğular

Pandemiyada cütlüklər nikaha girir, amma toyu gözləyir – İslamda evliliyin VACİB ŞƏRTİ

14:10  |    27 İyun 2020  |   E-mail  |  Çapa göndər

Pandemiya dövründə nişanlanan, hətta dövlət qeydiyyatından keçərək ailə qurduqlarını yaxın ətrafı ilə paylaşan cütlüklər çoxdur. Lakin əsas məsələləri həll etmələrinə baxmayaraq, sanki münasibətlərini daha da rəsmiləşdirəcək toylarını gözləməsi bizim hələ də sadə, dəbdəbədən uzaq, hər şəraitdə xoşbəxtliyə razı olmadığımızı, xüsusən də verdiyimiz məbləğləri geri istəməkdə israrlı olduğumuzu sübut edir. Halbuki sadə evliliklə cütlüklər borc altında qalmadan özlərinə daha mükəmməl şərait qura bilərlər.

“Pandemiya dövrü bir fürsətdir. İnsanlar düzgün dəyərləndirsə, yeni ənənə formalaşar. Bu həm yas mərasimlərinə, həm də toylarımıza aiddir”.

Qazilər.az xəbər verir ki, bu barədə tanınmış ilahiyyatçı Elşad Miri pandemiya dövründə Operativ Qərargah tərəfindən keçirilməsi qadağan olunan toylarla bağlı açıqlamasında qeyd edib.

“Həmişə toy eləyən insanlar, toya gələn qonaqlar deyil, toyu təşkil eliyənlər qazanır. Yarım saata görə 10 min manata toya müğənni gətirib oxutmaq nə dərəcədə məntiqli, nə dərəcədə ağlabatandır?! Və ya ailə həyatı quran cütlüklərin gələcəyinə hansı dərəcədə müsbət təsir eləyir?!

Toy məsələsinə gəldikdə qadının hüquqlarının qorunması əsasdır. Bu gün nəzərdə tutulan həmin şərtləri dövlət qeydiyyat idarəsi həyata keçirir. Çünki dini kəbin adı altında insanlar nikah kəsdirdiyi zaman heç bir düzgün əsası olmur. Müəyyən çətinlik yarandıqda qadının aliment və digər məsələlərdə hüququ olmur. İslam bir qadının, bir cinsin haqqının tapdalanmasına heç bir şəkildə göz yuma bilməz. Dövlət qeydiyyatında kəbinin kəsilməsi üçün bircə özəllik var, o da qadına verilən mülkiyyət haqqıdır. Belə ki, hər iki tərəfin valideynlərinin razılığı varsa, qız və oğlan tərəfindən şahidlər olarsa, cütlüklərin evliliyi qeydiyyata alınır. Qadına da mülkiyyət haqqı olaraq verilən müəyyən məbləğ var. Bu da cütlüklərin razılaşdıqları bir rəqəm ola bilər, məsələn qızıl əşyaları və sair olur. Daha sonra hər iki şəxs ailə qurduqlarını elan edirlər.

Bu gün evliliyi elan etmək üçün bir şəkil çəkib sosial şəbəkə vasitəsiylə paylaşamaq, yaxud 5-10 nəfər qohumun arasında da bunu həll etmək olar. Bunun üçün İslamda heç bir xüsusi rəqəm yoxdur ki, ora 20, 30, nə bilim 100, 500 nəfər adam yığışmalıdır ki, hər kəs bu cütlüklərin toy etdiyini görsün. İslama görə iki nəfərin evliliyinin bəyan edilməsi üçün elə bir rəqəm yoxdur. İstədikləri formada toy edə, ailə qura bilərlər. Bununla da həm İslama, həm də qanunvericiliyə uyğun toy edilmiş olar. Həm bu zaman insanları da zəhmətdən xilas etmiş olarlar. Çünki ciblərinə borc olaraq atılan 100-200 manatı sabah özləri də geri qaytarmaq məcburiyyətində qalırlar. Gəlməyəndə də narazılıq yaranır. Bunun qarşısını almağın ən gözəl üsulu bu cür evlilikdir”.

“İslama görə iki şəxsi evliliyi nə zaman qəbul olunur”, - sualına ilahiyyatçı şahidlərin olmasının vacibliyini xüsusi vurğulayıb:

“Evliliyin elan edilməsi odur ki, (yəni gizli olmaması şərtdir) münasibəti həm qız, həm də oğlan tərəfindən bilirlər. İmkanı olan bir neçə qoyun kəsib paylayaraq ətrafına bəyan edə, hətta özləri də yeyə bilər. Yaxud da cütlük sosial mediada özlərinin və ya ailəvi çəkilən şəkillərini paylaşaraq evləndiklərini bəyan edə bilərlər.

Ümumiyyətlə, iki şəxsin bildiyi evlilik evlilik kimi qəbul edilə bilməz, bu artıq gizlilikdir. Çünki şahidlər olmalıdır. Şahidlər olmalıdır ki, həm qız, həm də oğlan tərəfdən bunların evliliyi təsdiq olunsun. Hətta evlilik üçün müraciət edildiyi zaman heç vaxt qeydiyyat şöbəsi onları təkbaşına - şahidsiz qeydiyyata ala bilməz. Şahidlərin olması vacibdir. Onlar olandan sonra, bəli, artıq normal evlilik sayılır. Hətta toyları olmadan qeydiyyatdan keçib və bu barədə sosial mediada paylaşım edilibsə, artıq onlar hər bir cəhətdən qanuni ər-arvad sayılırlar”.

Firuzə Alimova

QAZİLƏR.AZ

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
“Namaz qılıram, ibadətlə məşğulam” - İsmət Abbasov
12.07.2020
Azərbaycanda ilginc əməliyyatın təfərrüatı- İrandan narkotiki gətirən kimlər olub?
09.07.2020
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
04.07.2020
Prezident Yanında Əfv Komissiyasının üzvündən maraqlı təklif
03.07.2020
"Maska taxmayana müharibə iştirakçısı irad bildirəndə sözü kəsərli, keçərli olur" - Qarabağ qazisi