Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6957

Digər sorğular

Estoniya XİN Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib

22:35  |    26 İyun 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun Estoniyadan olan həmkarı Urmas Reynsalu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən (XİN) “Report”a verilən məlumata görə, nazirlər qlobal pandemiya ilə bağlı mövcud vəziyyəti, yeni koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər, həmçinin bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Estoniyanın Xarici İşlər naziri ölkəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

Nazir Elmar Məmmədyarov Estoniyanın Təhlükəsizlik Şurasının sədrliyindən bəhs edərək, bu xüsusda "Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilmiş yüksək səviyyəli iclası qeyd edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı narahatlığını ifadə edib
13.07.2020
“Ermənistan Müdafiə Nazirliyinin bəyanatına heç onun müttəfiqləri də inanmır”
13.07.2020
Ukrayna XİN-in Azərbaycan və Ermənistan sərhədində yaranan gərginliklə bağlı BƏYANATI
13.07.2020
"Can Azərbaycana canımız fəda" - Mövlud Çavuşoğlu - VİDEO
13.07.2020
Qənirə Paşayeva: “Ermənistan beynəlxalq müstəvidə də layiqli cavabını alacaq”