Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Ramiz Rövşənin heç yerdə dərc olunmayan şeiri - Məzunlara hədiyyə

15:40  |    15 İyun 2020  |   E-mail  |  Çapa göndər

Ramiz Rövşənin 50 il əvvəl yazılan, amma bu günə qədər heç yerdə dərc olunmayan şeirini təqdim edirik:

Sinifdə yan-yana oturduğun qız
Hərdən dərsdən evə ötürdüyün qız
Böyüyür yavaş-yavaş.
Əlin toxunanda, əlini çəkir,
Dizin toxunanda, dizini çəkir.
Hərdən elə dartıb durur özünü
Sanki tərəzidə özünü çəkir.

Görən bu qız axı nə yeyib, içir.
Boyda səni ötüb bir az deyəsən.
Yoxsa, vaxt onunçün daha tez keçir.
Səndən tez böyüyür bu qız deyəsən.

Sən onun taxdığı sırğalara bax,
Elə bil ki, gül açıb qulaqları
Saçları ilbəil qısalır
Ancaq uzanır ayaqları.

Onu dərsdən evə ötürəndə sən,
Bir azca aralı gedirsən niyə
Hərdən oğlanların ona zillənən
Oğrun baxışını güdürsən niyə?

Niyə qısqanırsan onu sən axı?
Ona baxanların nədir günahı
Niyə boş-boşuna göynəyir için
O, qızın heç bundan xəbəri varmı?

Ona söz deməyə çatmırsa, gücün
Onu qorumağa gücün çatarmı?
Daha bəsdir susdun, vaxt da daralır.
Az qalıb məktəbi bitirməyə də
Ondan ayrılmağa daha az qalıb.
Onu həmişəlik itirməyə də.

Yuxuna girəcək bu qız sonralar.
Yuxudan dəli tək oyanacaqsan.
Bir gün bir oğlanla onu qol-qola
Görəndə diksinib dayanacaqsan.

Yox, hələ vaxtın var, küçə uzundur
Yaxınlaş bu qızın yapış qolundan
Daha sonrasını mən yazmıram, yox.
Sonrası sənlikdir, ay qorxaq oğlan

Kulis.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.06.2020
“Azadlıq” romanı Macarıstanda nəşr olundu
30.04.2020
“Müqayisəsi mümkün olmayan əsər – Ovçu
02.12.2019
"Mintemirin kölgəsi" türk dilində
30.11.2019
Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq
23.10.2019
“Anar da istefa ərizəsi yazmalıdır” - Gənc yazıçılardan AYB sədrinə çağırış