Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

“Mən şəhid tanımıram” – Binəqədidə daha bir rəzalət! FOTOLAR

19:19  |    19 İyun 2015  |   E-mail  |  Çapa göndər

Səkkiz il əvvəl şəhid xanımı, məcburi köçkün Aidə Tağıyeva öz pulu ilə yaşamaq üçün Biləcəri qəsəbəsində, Məmiş Abbasov 16 ünvanında yarımzirzəmi bir mənzil alıb. Üstündən illər keçəndən sonra bu yarımzirzəmi uçaraq yarasız hala düşüb. Axırıncı dəfə Bakıya yağan yağışdan sonra isə mənzildə yaşmaq çox təhlükəli olub. Siçovulların məskən saldığı mənzillərini öz hesablarına təmir etdirək - zirzəmini normal bir evə çevirmək üçün ailə icra hakimiyyətinə müraciət edib. Bütün hadisələr də bundan sonra başlayıb! Ailədən böyük rüşvət tələb olunub! İstənilən rüşvəti verməyə imkanı olmadığından ailə köhnə tikintilərdən sökülən kərpiclə mənzillərinin divarını hörməyə başlayıblar. Amma rüşvət tələb edənlər buna imkan vermirlər!

Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova təşkilatın üzvləri ilə hadisə yerində olublar. Şəhid ailəsi rüşvət vermədiyi üçün tikintiyə mane olan Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi İbad İbrahimov şəhid ailələri ilə çox kobud davranıb, hətta onları təhqir etməkdən belə çəkinməyib! “Bu adam hər kəlməsinin başında şəhid ailəsini, şəhidin balasını təhqir edirdi...Deyir “Mən şəhid tanımıram!” Binəqədi rayon icra hakimiyyətində də olduq. Eyni hörmətsizliyi orada da gördük. Deyirlər ki, İbrahim İbrahimov elə söz deməz! Öz gözümüzlə gördüyümüz, eşitdiyimiz hadisəni danırlar!”



A.Zeynalova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Şəhid ailələrinə, Qarabağ əlillərinə çox böyük önəm verdiyini, amma yerli məmurların şəhid adına hörmətsizliyindən giley etdi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şahid ailəsinin problemlərinin həlli üçün çox vacib sərəncamlar, fərmanlar imzalayıb, tapşırıqlar verir. Məmurları bu qəbildən olan insanlara qarşı diqqətli və ədalətli olmağa çağırır! Amma yerli məmurların özbaşınalığı səngimir, dayanmır. Ələlxüsus da son zamanlar şəhid ailələrinə qarşı çox böyük biganəlik, hörmətsizlik başlayıb. Şəhid ailələri ya dövlət orqanlarına yaxın düşə bilmir, düşəndə isə bürokratiya, süründürməçiliklə üzləşirlər. Hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsində biz bunun şahidi olduq”.



QAZİLER.AZ saytı olaraq bildiririk ki, Binəqədi rayonunda şəhid ailəsindən rüşvət tələb edilməsi birinci hal deyil. Şəhid ailələrindən, Qarabağ lillərindən rüşvət tələb edilməsi barədə bizdə digər faktlar da var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə insanlarına dəstək olmaq istiqamətində verdiyi tapşırığa, tövsiyələrə konkret olaraq bəzi məmurlar tərəfindən məhəl qoyulmur! Çox maraqlıdır ki, bunu edən məmurların böyük əksəriyyəti başqa vaxtı İlham Əliyevə sadiqlikdən, etibardan danışan adamlardır! Bəs hanı sizin Prezidentə sadiqliyiniz? Bu cür hərəkətlərlə əhalinin ən həssas təbəqəsini narazı salmaq, əslində Prezidentə çox böyük zərbə vurur. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezidentə dəstək olmaq əvəzinə, tez-tez əhali arasında ictimai narazılıq yaratmaqla artıq onun ayağının altını qazan bir məmura çevrilib!





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mərdəkan Müalicə Pansionatında təmir işləri ilin sonuna qədər yekunlaşacaq
16.09.2019
10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
16.09.2019
Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... (ARAŞDIRMA)
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO