Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Fazil Mustafa cəmiyyəti yıxıb-sürüdü: Söz tapmıram...

17:33  |    06 İyun 2020  |   E-mail  |  Çapa göndər

Həftə sonu küçəyə çıxma qadağası Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə atılan qabaqlayıcı addımdan başqa, həm də cəmiyyətimiz üçün bir eksperiment idi.

Dünənki baş verən hadisələr bir daha onu sübut etdi ki, bizim cəmiyyət, insanlarımız hələ ekstrimal vəziyyətlərə hazır deyil.

Qazilər.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa həftə sonu küçəyə çıxmaq qadağasının tətbiq olunmasının ardınca vətəndaşların marketlərə üz tutub sıxlıq yaratması, bir-birinə qarşı sərt rəftar edib, ehtiyaclarından qat-qat artıq ərzaq və qeyri-ərzaq malları alması haqda danışarkən deyib. Deputat bildirib ki, dünənki hadisələrin fonunda insan deməyə söz tapmır:

“Təəssüf ki, dünənki vəziyyət cəmiyyətimizin ümumi mədəni səviyyəsini bir daha göstərmiş oldu. Biz bir daha başa düşdük ki, insanlar ekstrimal vəziyyətlərdə necə davranacaqlarını bilmir və heç psixoloji olaraq da buna hazır deyillər. Vətəndəndaşların dünənki davranışları bir daha ölkədə aparılan daxili siyasətin nə dərəcədə doğru olduğunu göstərdi. Qadağa sadəcə iki günlük olduğu halda vətəndaşlar qlobal bir problem varmış kimi davrandı. Demək, qlobal bir problem olsa, cəmiyyətin bütövlüyü, mədəni dəyərləri, qarşılıqlı hörmət anlayışından danışa bilməyəcəyik”.

F.Mustafa bildirib ki, bizim insanlar yalnız polis gücü ilə idarə olunur:

“Vətəndaşlar başa düşməlidirlər ki, iki günə dünya dağılmayacaq. İki gün sonra yenidən ərzaq ala biləcəklər. İki günlük qida almaq yerinə bir aylıq qida ehtiyatı yığan bir cəmiyyətin psixoloji durumunda, demək, ciddi bir problem var. Bu problemi bu gün sözlə, təbliğatla həll etmək mümkün deyil. İnsanların belə bir reaksiyası məsələnin mədəni, sivil yollarla həll edilməyəcəyini göstərir. Dövlət məsələni ancaq inzibati yolla qaydaya qoymalıdır. Qabaqlayıcı tədbirlər daha da sərtləşməlidir. Təəssüf ki, bizim cəmiyyət hələ də lazımi səviyyədə inkişaf etməyib. Buna görə də cəmiyyətə hədə-qorxu ilə nəzarət edilməlidir. Çünki bu gün cəmiyyətin məsuliyyətli insanları məsələyə lazımınca reaksiya verə bilmir. Yəni cəmiyyətin böyük bir qisminin məsuliyyətsiz davranışlarından məsuliyyətli hissəsi də əziyyət çəkir. Bu gün karantin rejiminin güclənməyinin başlıca səbəbi insanların sözünün bir-birinə keçməməsidir. Məsələ ondadır ki, məsuliyyətli bir vətəndaş maska taxmayana irad bildirə bilmir. İrad bildirən şəxs ilə qarşı tərəf arasında mübahisə yaranr. Halbuki inkişaf etmiş ölkələrdə sosial qınaq, sosial fikir insanların cəmiyyətdə davranış normalarını tənzimləyir. Bizdə isə insanlar yalnız polisin iradına uyur, polis gücü ilə qaydalara riayət edir. Baxın, bu gün bir qrup insan demokratiyadan, cəmiyyətə daha cox azadlığın verilməsindən danışır. Halbuki dünənki hadisələrin fonunda geniş tərkibli bir demokratiyann nə kimi fəsadlar yaradacağını gördük”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
“Namaz qılıram, ibadətlə məşğulam” - İsmət Abbasov
12.07.2020
Azərbaycanda ilginc əməliyyatın təfərrüatı- İrandan narkotiki gətirən kimlər olub?
09.07.2020
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
04.07.2020
Prezident Yanında Əfv Komissiyasının üzvündən maraqlı təklif
03.07.2020
"Maska taxmayana müharibə iştirakçısı irad bildirəndə sözü kəsərli, keçərli olur" - Qarabağ qazisi